Görkəmli bəstəkar Tofiq
Bakıxanovla görüş
Görkəmli bəstəkar, Xalq Artisti, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovun Naxçıvan
Muxtar Respublikası Bəstəkarlar Təşkilatında
bəstəkarlarla görüşü
olub.
AZƏRTAC
xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar
Təşkilatının sədri,
Naxçıvan Muxtar
Respublikasının Əməkdar
İncəsənət Xadimi
Yaşar Xəlilov çıxış edərək
Tofiq Bakıxanovun həyat və yaradıcılığına nəzər
salıb, onun Azərbaycan bəstəkarlıq
məktəbində böyük
xidmətləri olduğunu
qeyd edib.
Tofiq Bakıxanov
Naxçıvanda musiqinin
inkişafına göstərilən
böyük qayğıdan
danışıb. Vurğulayıb ki, son illərdə o, yaradıcılığının bir hissəsini qədim diyara həsr edib.
“Gələcəkdə yaradıcılığımı yenə də bu istiqamətdə davam etdirəcək, muxtar respublikanın dilbər guşələrindən
biri olan Batabata həsr olunmuş mahnı bəstələyəcəyəm”, – deyən Tofiq Bakıxanov bildirib ki, Naxçıvana səfəri zamanı burada gördüyü təmizlik, abadlıq, inkişaf onu buna sövq edir. Bu gün Naxçıvan hər bir yaradıcı sənət adamı üçün əsl ilham mənbəyidir.
Tofiq Bakıxanov
naxçıvanlı bəstəkarlara
və gənc musiqiçilərə yaradıcılıq
tövsiyələrini verib.
Bəstəkarın Naxçıvan
Dövlət Universitetində
musiqi ixtisasında təhsil alan
tələbələrlə də görüşü
keçirilib. Universitetin rektoru,
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı
salamlayaraq, Azərbaycan
bəstəkarlıq məktəbinin
görkəmli nümayəndəsinin
zəngin yaradıcılığından
danışıb.
Sonra incəsənət
fakültəsinin müəllim
və tələbələrinin
ifasında Tofiq Bakıxanovun əsərləri
səsləndirilib.
Azərbaycan.- 2016.- 27 oktyabr.- S.8.