L.S.Qəndilovun
Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni
zamanda Monqolustanda, Koreya Xalq Demokratik
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 oktyabr 2016-cı il
Azərbaycan.- 2016.- 28 oktyabr.- S. 1.