Çex Respublikasının Prezidenti
Zati-aliləri cənab
Miloş Zemana
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Azərbaycan-Çexiya münasibətlərinin hazırkı
səviyyəsi məmnunluq
doğurur. İnanıram ki, ölkələrimiz
arasındakı dostluq
və əməkdaşlıq
əlaqələri bundan
sonra da xalqlarımızın mənafelərinə
uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost xalqınıza
daim sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 oktyabr 2016-cı il.
Azərbaycan.- 2016.- 28 oktyabr.- S. 1.