Təhsil sahəsində
əməkdaşlıq daha da genişləndiriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuterin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Kristofer Con Kuter fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Kristofer Con Kuter etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Kristofer Con Kuter paytaxtımızın inkişafının
onda dərin təəssürat yaratdığını
məmnunluqla qeyd etdi. Kristofer Con Kuter Kanadanın
bir sıra mühüm şirkətlərinin
Azərbaycanda müxtəlif
sahələrdə, o cümlədən
yüksək texnologiyalar,
nəqliyyat, turizm sahələrində fəaliyyət
göstərdiklərini qeyd
etdi. Azərbaycanlı
tələbələrin Kanada
universitetlərində təhsil
aldıqlarını məmnunluqla
qeyd edən Kristofer Con Kuter ölkələrimiz arasında
təhsil sahəsində
əməkdaşlığın daha da genişləndirilməsinin
önəmini vurğuladı.
Kanadalı diplomat ölkələrimiz arasında
əlaqələrin gücləndirilməsi
üçün səylərini
əsirgəməyəcəyini bildirdi.
Kanada şirkətlərinin
uzun illər Azərbaycanda fəaliyyətinə
toxunan dövlətimizin
başçısı həyata
keçirilən birgə
layihələrin əhəmiyyətini
qeyd etdi.
Prezident İlham Əliyev Bakıda fəaliyyət göstərən Kanada şirkətlərinə məxsus
beşulduzlu iki otelin – “Four Seasons” və
“Fairmont” otellərinin regionda
ən yaxşı otellərdən olduqlarını
bildirdi. Dövlətimizin
başçısı “Fairmont” otelinin yerləşdiyi müasir memarlıq üslubunda inşa edilən “Alov qüllələri” kompleksinin
Bakının yeni simvollarından biri olduğunu dedi.
Prezident İlham Əliyev Kanada şirkətləri ilə əməkdaşlığın
bundan sonra da davam etdiriləcəyinə
ümidvar olduğunu bildirdi.
Azərbaycan.-
2016.- 28 oktyabr.- S. 2.