Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Oktyabrın
27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov muxtar respublikada səfərdə olan
“Şöhrət” ordenli, Azərbaycan Respublikasının Xalq
Artisti, professor, Naxçıvan Muxtar Respublikasının
Əməkdar İncəsənət Xadimi Tofiq Bakıxanov ilə
görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb, Tofiq Bakıxanovun Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıb. Bəstəkarın əsərlərinin yüksək qiymətə layiq olduğunu bildirən Ali Məclisin Sədri ona yeni yaradıcılıq uğurları arzulayıb.
Xalq Artisti
Tofiq Bakıxanov muxtar
respublikada musiqi sənətinin
inkişafı və gənc musiqiçi
kadrların hazırlanması sahəsində həyata
keçirilən tədbirlərin onda böyük məmnunluq doğurduğunu
vurğulayıb. Naxçıvan Muxtar
Respublikasında yaradıcılığına yüksək
qiymət verildiyini bildirən Tofiq Bakıxanov göstərilən diqqətə
görə minnətdarlıq edib.
Azərbaycan.- 2016.- 28 oktyabr.- S. 2.