Türkiyə regionda və dünyada öz mövqeyini möhkəmləndirib
Türkiyənin Azərbaycandakı səfirliyi
Cümhuriyyətin elan
edilməsinin 93-cü ildönümü
münasibətilə oktyabrın
27-də rəsmi qəbul
təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Azərbaycanın dövlət
və hökumət rəsmiləri, xarici ölkələrin səfirləri,
ictimaiyyətin nümayəndələri
və digər qonaqlar iştirak ediblər.
Hər iki ölkənin dövlət
himnləri səsləndirildikdən
sonra səfir Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.
Səfir Türkiyənin istiqlal mübarizəsindən və
keçdiyi inkişaf
yolundan danışıb. Qeyd edib
ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, demokratiya və insan haqları
sahələrində böyük
addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirib.
Azərbaycan ilə Türkiyə
arasında əlaqələrin
inkişafından danışan
diplomat deyib ki, qarşılıqlı səfərlər,
imzalanmış çoxsaylı
sənədlər dostluq
və qardaşlıq
münasibətlərini ən
yüksək səviyyədə
davam etdirməyə imkan yaradır.
Baş nazirin müavini Əli Əhmədov Azərbaycan
hökuməti adından
Türkiyə dövlətini
və xalqını əlamətdar bayram münasibətilə təbrik
edib. O bildirib ki, Türkiyə hərtərəfli
inkişaf edərək
çox böyük və şərəfli yol keçib. Ortaq tarixə, keçmişə
malik ölkələrimiz
arasında münasibətlər
böyük dostluq və qardaşlığın
nümunəsidir. Azərbaycanla Türkiyə arasında bütün sahələrdə
əməkdaşlıq inkişaf
edir və bundan sonra da
inkişaf edəcək.
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin
qarşısının xalq
tərəfindən qətiyyətlə
alınmasından sonra
ölkənin taleyində
mühüm dönüş
nöqtəsi baş verdiyini söyləyən
Əli Əhmədov Türkiyə xalqının
bu ağır sınaqdan üzüağ
çıxdığını vurğulayıb. Baş nazirin müavini qardaş ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu deyib. O, ölkələrimiz
arasında strateji xarakter
kəsb edən sarsılmaz dostluq,
qardaşlıq münasibətlərinin daha
da möhkəmlənəcəyinə əminliyini
bildirib.
Azərbaycan.- 2016.- 28 oktyabr.- S. 2.