“Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq
edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanını “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 325, ¹ 9, maddə 737; 2007, ¹ 2, maddə 85, ¹ 4, maddə 330; 2008, ¹ 8, maddə 715, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddələr 85, 91; 2012, ¹ 7, maddə 684; 2014, ¹ 9, maddə 1056; 2015, ¹ 9, maddələr 985, 996, ¹ 10, maddə 1120; 2016, ¹ 5, maddə 850) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi cəmi 379 ştat vahidi olmaqla, nazirliyin aparatı üzrə 160 ştat vahidi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələri üzrə 219 ştat vahidi müəyyən edilsin.”.
2. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”nin 14.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“14.3. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların rəhbərlərini və
onların müavinlərini, işçilərini, habelə
Azərbaycan Respublikası Prezidentinin vəzifəyə
təyin və vəzifədən azad etdiyi hallar istisna
olmaqla, nazirliyin
nomenklaturasına daxil olan
digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə
və intizam tənbehi tədbirləri görür, müvafiq sahədə
fərqlənən işçiləri nazirlik
tərəfindən təsis olunmuş döş nişanları və fəxri fərmanlarla
təltif edir;”.
3. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin strukturu”nun 3-cü və 4-cü bəndləri aşağıdakı redaksiyada verilsin:
“3. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi.
4. Regional mədəniyyət
və turizm idarələri.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr
2016-cı il
Azərbaycan.- 2016.- 29 oktyabr.- S.2.