İslahatlar ölkənin hərtərəfli inkişafına xidmət edir

 

Azərbaycan “Doing Business 2017” hesabatında bir sıra göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb

 

Növbəti iqtisadi islahatların həyata keçirilməsi prosesi uğurla davam edir. Bu istiqamətdə görülən işlər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu il oktyabrın 25-də Dünya Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatını açıqlayıb. Həmin hesabatda Azərbaycan 65-ci pillədə qərarlaşıb.

Sənəddə qeyd edilir ki, Azərbaycan dünyada üçdaha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, hesabatdaXarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxalixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkəsinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması mühüm islahatlar kimi vurğulanıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan hesabatda bir sıra göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb. Hesabata görə, ölkəmiz “Biznesə başlama” göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), “Xarici ticarətin aparılması” göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Bununla yanaşı, “Doing Business 2017” hesabatının “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib.

Bundan başqa, “Əmlakın qeydiyyatı” (22), “Kiçik investorların maraqlarının qorunması” (32), “Vergilərin ödənilməsi” (40), “Müqavilələrin icrasının təmin edilməsi” (44) göstəriciləri üzrə Azərbaycan öz mövqeyini yaxşılaşdıraraq 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb. Qeyd edək ki, “Doing Business 2016” hesabatı 189 ölkədə biznes mühitinin qiymətləndirilməsi əsasında hazırlanıb.

Ölkədə son illər qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm islahatlar aparılıb. Məqsəd ölkənin hərtərəfli inkişafına nail olmaq, istehsalixracda qeyri-neft məhsullarının çəkisini artırmaqdır. Statistik rəqəmlər də bu sahədə irəliləyişin olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlimatına görə, cari ilin 9 ayında qeyri-neft sektorunda ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artım müşahidə edilib, sənayedə qeyri-dövlət sektorunun payı 80,6 faizə çatıb. Ümumi istehsalın 87,2 faizi sənaye məhsulu istehsalı, 12,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Nazirlər Kabinetinin hər rüb keçirilən iclaslarında ölkənin sənayeləşməsi ilə bağlı görülmüş və görüləcək işlər barədə geniş söhbət açılır. Qeyd edilir ki, sənaye istehsalını artırmaq məqsədilə ölkənin paytaxtı ilə yanaşı, regionlarda da qeyri-neft sektorunun inkişafı üçün sənaye müəssisələrinin tikintisinə xüsusi diqqət ayrılır. Bunun nəticəsidir ki, son dövrlər qeyri-neft məhsullarının istehsalında regionların çəkisi sürətlə artır. Xüsusilə yerli xammaldan istifadə edilən sənaye müəssisələrinin fəaliyyət göstərməsi daha effektli olur. Belə vəziyyət yerlərdə xammalın istehsalını stimullaşdırmaqla yanaşı, əhalinin məşğulluğunun təminatında da önəmli rol oynayır.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda qeyd edilmişdir ki, dövlət tərəfindən qeyri-neft sənayesində müasir tələblərə cavab verən müəssisələrin yaradılması istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək. Xüsusən sənaye parklarının və məhəllələrinin tikintisi sürətləndiriləcək. Elə həmin konfransda səslənən rəqəmlərdən məlum olur ki, ötən il özəl sektorda maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilibbu kreditlərin hesabına 12600-dək yeni yerinin açılmasına şərait yaranıb. Həmin kreditlərin 64 faizini regionlarda çalışan sahibkarlar alıblar. Bu fakt bir daha göstərir ki, dövlət regionlarda qeyri-neft sektorunun inkişafı ilə bağlı qərarında israrlıdır.

Regionlarda ən böyük potensiala malik sahələrdən biri kənd təsərrüfatıdır. Ölkəmizin bu sahədə imkanları kifayət qədərdir. Bərəkətli torpağımız, əlverişli iqlimimiz var. Bu da əksər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan yaradır. Elə buna görədir ki, həmişə yerli məhsullarda çeşid bolluğu olub. Digər tərəfdən, yerli məhsulların keyfiyyəti və dadı-tamı başqadır. Təsadüfi deyil ki, bizim məhsullara istər daxili, istərsə də xarici bazarlarda tələbat çoxdur. Bu isə o deməkdir ki, kənd təsərrüfatı məhsulları ilə daxili tələbatı ödəməklə yanaşı, ixrac hesabına külli miqdarda qazanc əldə etmək də mümkündür.

Ölkəmiz özünün ərzaq təhlükəsizliyini daxili istehsal hesabına təmin etməyi prioritet istiqamətlərdən biri sayır. Buna görə də ölkədə ciddi struktur islahatları aparılır, müasir dövrün tələblərinə cavab verən texnikatexnologiyalardan istifadə olunur. Çünki bunsuz aqrar sektorda yüksək məhsuldarlığa nail olmaq mümkün deyil.

Ərzaq təminatında buğda tədarükü önəmli rol oynayır. Taxılçılıq üzrə məhsuldarlığın artırılmasında yeni elit sortları xüsusi əhəmiyyət kəsb edir. Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutlarının yenidən qurularaq müasir dövrün tələbləri səviyyəsinə qaldırılması, Dövlət Taxıl Fondunun yaradılması məhz bu məqsədə xidmət edir. Taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları tərəfindən bir sıra rayonların taxılçılarına dövlət vəsaiti hesabına yüksək reproduksiyalı toxum verilir. Həmin fermerlərin əkin sahələrində məhsuldarlıq daha yüksək olur. Aqrar sektorda fəaliyyət göstərən bütün sahibkarlar belə toxumlarla təmin edildikcə taxılçılıqda məhsuldarlıq da artır.

Aparılan son hesablamalara görə, hazırda özümüzü mal əti ilə 92, qoyun əti ilə 99, quş əti ilə 98,6, yumurta ilə 99,6, südsüd məhsulları ilə 80, taxıl istehsalı ilə 64, kartof istehsalı ilə 90, meyvə və giləmeyvə ilə 110, duzla 87, şəkərlə 191, bitki yağları və marqarin ilə 67, kərə yağı ilə 60, makaronla 52, meyvə-tərəvəz şirələri ilə 105 faiz təmin edirik. Bu rəqəmlər ölkəmizin ərzaq təhlükəsizliyinin təminatı sahəsində böyük uğurlar qazanıldığını təsdiqləyir. Əlbəttə, görülməli işlər də çoxdur. Hazırda bu istiqamətdə ciddi tədbirlər həyata keçirilirheç şübhə yoxdur ki, onların sayəsində yaxın bir neçə ildə ölkəmiz yerli istehsal hesabına ərzaq təhlükəsizliyinin tam təmin edilməsinə nail olacaq.

Dövlət tərəfindən aqrar sektorda aparılan islahatlar, ona göstərilən maliyyə və texniki dəstək bəhrəsini verir. Bu, statistik rəqəmlərdə də öz təsdiqini tapır. Cari ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 614,3 milyon manat təşkil edib ki, onun da 2 milyard 220,2 milyon manatı heyvandarlıq, 2 milyard 394,1 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında məhsul istehsalı 2,4, o cümlədən bitkiçilik məhsulları üzrə 1,8, heyvandarlıq məhsulları üzrə 3,1 faiz artıb.

Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda demişdir: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün prioritet məsələdir. Keçən il bir neçə fərman imzalanmışdır. Bu fərmanların praktik nəticələri artıq görülməkdədir. Əlavə vəsait ayrılmışdır. Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Ona görə keçən il “Kənd təsərrüfatı iliolmuşdur. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ilidir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır”.

Ümumiyyətlə, dövlət başçısı aqrar sektorun inkişafına xüsusi diqqət yetirir. O, kənd təsərrüfatını qeyri-neft sektorunda mühüm sahə adlandırmaqla yanaşı, onun ölkənin ərzaq təhlükəsizliyindəki rolunu da xüsusi qeyd edir. Prezident eyni zamanda ölkədə son illər barama, tütün, fındıq və xurma istehsalının ümumi inkişafdan geri qaldığını bildirib. Qeyd edib ki, onlar aqrar sektorda gəlirli sahələrdir. Təkcə ötən il fındıq ixracından Azərbaycana 90 milyon dollar vəsait daxil olub.

Kənd təsərrüfatının inkişafı su təminatı ilə sıx bağlıdır. Hazırda dünyada su çatışmazlığı problemi var. Gələcəkdə bu problemin daha kəskin xarakter daşıyacağı proqnozlaşdırılır. Prezident İlham Əliyev yarana biləcək problemin qarşısını vaxtında almaq məqsədilə ölkədə əlavə su ehtiyatlarının yaradılması barədə göstəriş vermişdir. Dövlət başçısının tapşırığına əsasən, Taxtakörpü və Şəmkirçay su anbarları, Tovuzçay dəryaçası tikilərək istifadəyə verilib. Bundan başqa, regionlardakı kiçik çayların üzərində modul su elektrik stansiyaları və su anbarları yaradılıb. Bu su ehtiyatları hesabına Azərbaycanda istifadə olunan torpaqlarda məhsuldarlıq artır, min hektarlarla əlavə torpaq sahəsi əkin dövriyyəsinə daxil edilir. Sözsüz ki, bu, aqrar sektorda məhsul istehsalının sürətlə artmasına səbəb olur.

Hazırda dünya ölkələri bitkiçiliyin inkişafında iki əsas məsələyə - torpaqdansudan səmərəli istifadəyə xüsusi diqqət yetirir. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə torpaqsudan səmərəli istifadə edilməsinin vacibliyini bildirərək müvafiq dövlət qurumlarına konkret tapşırıqlar verir. Bu məqsədlə hazırda ölkəmizdə damcılama üsulundan istifadəyə başlanılıb. Həmin məqsədə çatmaq üçün xaricdən müasir tələblərə cavab verən avadanlıqlar da gətirilib. Zaman bunu tələb edir. Çünki yeni üsul sudan qənaətlə istifadə etməyə, torpaqların şoranlaşmasının qarşısını almağa, məhsuldarlığın artmasına imkan yaradır.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2016.- 29 oktyabr.- S. 1.