Azərbaycan
Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri,
Ölkənizin
dövlət bayramı münasibətilə mənim
adımdan və Slovakiya
Respublikasının vətəndaşları adından
təbriklərimizi qəbul edin.
Ümidvaram ki, Slovakiya
ilə Azərbaycan arasında münasibətlər hər iki ölkənin
vətəndaşlarının rifahı naminə bundan sonra da
inkişaf edəcək.
Sizin ölkənizə və onun bütün vətəndaşlarına
səmimi qəlbdən uğurlu inkişaf, firavanlıq və demokratik
vətəndaş cəmiyyəti quruculuğu
işində əzmkarlıq arzu
edirəm.
Hörmətlə,
Andrey Kiska
Slovakiya Respublikasının Prezidenti
Azərbaycan.- 2016.- 29 oktyabr.- S.2.