Sənayeləşmə
neft amilindən
asılılığı azaldır
Sənayenin qeyri-neft sektorunda
3,6 faiz artım
var
Son illər Azərbaycanda
qeyri-neft sənayesinin
inkişafı istiqamətində
ciddi tədbirlər görülür. Ancaq bu istiqamətdə
hələ çox işlər həyata keçirilməlidir. Çünki, məlum olduğu kimi, müasir dövrdə mütərəqqi
texnologiyaların tətbiqi
sayəsində daha yüksək keyfiyyətli
məhsullar istehsal edilir və bu səbəbdən dünya bazarında ciddi rəqabət mühiti mövcuddur.
Buna görə də
ölkəmizdə qurulacaq
yeni müəssisələr
ixracyönümlü məhsul
istehsal edərkən bu amil mütləq
nəzərə alınmalıdır. Sevindirici haldır
ki, hazırda belə müəssisələrimiz
var. Həmin müəssisələrin
məhsulları hətta
inkişaf etmiş ölkələrin bazarlarında
satılır. Deməli, istehsalçılarımız
dünya bazarının
tələblərini nəzərə
almaq imkanına malikdirlər.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin
2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında bu barədə demişdir:
“Biz həmişə olduğu
kimi, bu ildə də ölkəmizin sənaye potensialının inkişafına
böyük diqqət
göstərmişik və
bir neçə sənaye parkının yaradılması istiqamətində
işlər gedir. Onların içində Sumqayıt Kimya Sənaye Parkını xüsusilə qeyd etmək istəyirəm...
Təkrar etmək istəmirəm, bu parkın tam işə düşməsi nəticəsində
minlərlə, bəlkə
də on minlərlə
yeni iş yerləri açılacaq
və bizim qeyri-neft sahəsində çox böyük ixrac potensialımız yaranacaq... Bakıda Balaxanı və
Pirallahı parklarının
yaradılması prosesi
gedir. Hər iki istiqamət
üzrə konkret layihələr var. Pirallahıda
dərman istehsalı planlaşdırılır. Ümid edirəm ki, yaxın aylarda artıq birinci dərman istehsalı fabrikinin təməli qoyulmalıdır. Biz xarici
dərmanlardan, demək
olar ki, 100 faiz asılıyıq... Azərbaycanda birinci mərhələdə
100-dən çox adda
dərman preparatı istehsal olunmalıdır”.
Dövlət başçısı, bununla yanaşı, bölgələrdə də
sənaye zonalarının
yaradılması prosesinin
getdiyini bildirərək
qeyd etmişdir ki, artıq Neftçalada İran tərəfi ilə avtomobil zavodunun tikintisinə başlanılıb.
Masallıda isə sənaye
zonasının yaradılması
prosesi gedir. Gələcəkdə digər bölgələrdə
də bu istiqamətdə işlər
görüləcək.
Azərbaycanda yaxın gələcəkdə
qeyri-neft sənayesinin
nəhəng istehsal sahəsi yaradılacaq. Bu məqsədlə böyük
metallurgiya kompleksinin tikilməsi nəzərdə
tutulur. Bu işləri görmək
üçün Daşkəsən
filiz yatağında böyük həcmdə xammal resursları var. Həmin yataqdan hazırda səmərəli
istifadə olunmur, çıxarılan filiz xammal kimi xaricə
satılır. Bu da iqtisadi cəhətdən
sərfəli deyil.
Elə buna görə də yatağın istismarı dayandırılıb.
İndi bir neçə zavoddan ibarət olacaq yeni böyük
metallurgiya kompleksinin tikintisinə qərar verilib. Bu kompleksin
işə düşməsi
nəticəsində xammaldan
ən keyfiyyətli
son məhsula qədər
bütün proseslər
ölkəmizdə həyata
keçiriləcək.
Burada hazırlanan
məhsullar yerli tələbatı ödəməklə
bərabər, dünya
bazarına da çıxarılacaq.
Ümumiyyətlə, Azərbaycanda son vaxtlar ixracyönümlü məhsul
istehsalına xüsusi
diqqət yetirilir. Sənaye parklarında
və məhəllələrində
və digər sahələrdə əsasən
ixracyönümlü məhsulların
istehsal olunması hədəflənib. Bu, hər cəhətdən sərfəlidir. Ən əsası,
iqtisadiyyatın dayanıqlı
inkişafı və xaricdən ölkəyə
valyuta axınının
təmin edilməsi üçün bu, çox vacibdir. Belə üsul həm də ölkənin neft amilindən asılılığını aradan qaldıracaq.
Dövlət tərəfindən bu istiqamətdə aparılan
islahatların bir mühüm tərəfi də sənayeləşmənin
bütün ölkə
üzrə həyata keçirilməsidir. Xüsusilə də yerli xammaldan istifadə edilən sənaye müəssisələrinin regionlarda
fəaliyyət göstərməsi
daha effektlidir. Belə hal yerlərdə xammalın istehsalını
stimullaşdırmaqla yanaşı,
əhalinin məşğulluğunun
təminatında da önəmli rol oynayır. Eyni zamanda belə
müəssisələrin regionlarda
fəaliyyəti bölgələrin
sosial inkişafını
təmin edir.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransında qeyd edildiyi kimi, qeyri-neft sənayesində müasir tələblərə
cavab verən müəssisələrin yaradılması
istiqamətində görülən
işlər, o cümlədən
sənaye parklarının
və məhəllələrinin
tikintisinin sürətləndirilməsi
dövlət tərəfindən
birmənalı olaraq hərtərəfli dəstəklənir.
Artıq
bölgələrdə görülən
işlər nəticəsində
270-dək sənaye müəssisəsinin,
o cümlədən texniki
avadanlıqlar, iri qabaritli transformatorlar, metal
konstruksiyalar, beton məmulatları zavodları,
tekstil fabriki və digər müəssisələr fəaliyyət
göstərir. Eyni zamanda
bir sıra müəssisələrin tikintisi
davam edir.
Ölkədə sənaye istehsalının
artırılması məqsədilə
ayrılan güzəştli
kreditlərin də çox faizi regiondakı sahibkarlara verilir. Deməli, gələcəkdə ölkədə sənaye
məhsulunun istehsalında
bölgələrin payı
daha yüksək olacaq. Belə vəziyyət regionların
inkişafına, əhalinin
məşğulluğunun təminatına
müsbət təsir
göstərəcək.
Məlum olduğu kimi, ölkənin paytaxtı ilə yanaşı, bölgələrin potensialından
səmərəli istifadə
etmək üçün
hər bir rayonda sənaye zonaları yaradılacaq. Birinci
pilot layihə Neftçala
rayonunda icra olunur. İkinci sənaye zonası
isə Masallı şəhərində yaradılacaq.
Bu iqtisadi siyasətin
özünü tam doğruldacağı
şübhəsizdir. Belə ki, hər bir
rayonda kifayət qədər xammal və işçi qüvvəsi var. Üstəlik,
bütün rayonlarda mükəmməl infrastruktur
mövcuddur. Deməli, rayonlarda
sənaye müəssisələrinin
yaradılması bölgələrin
sosial-iqtisadi inkişafını
təmin etməklə
yanaşı, həm də yerli əhali
arasında olan işsizliyi aradan qaldıracaq.
Həyata keçirilən tədbirlər
nəticəsində dünyada
mövcud olan iqtisadi çətinliklərə
baxmayaraq, ölkəmizdə
sənaye istehsalında
artım var. Bu, sənayeləşmədə
gələcək uğurların
ilk nişanəsidir. Dövlət
Statistika Komitəsinin
verdiyi məlumata görə, cari ilin yanvar-sentyabr aylarında sənayedə
istehsal olunan malların və göstərilən xidmətlərin
həcmi 0,2 faiz artaraq 23 milyard manat təşkil
edib. Sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb. Hesabat dövründə sənayedə
qeyri-dövlət sektorunun
payı 80 faiz olub. Ümumi istehsalın 87,2 faizi sənaye məhsulunun istehsalı,
12,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi
hesabına yaranıb.
Amma bu rəqəmlər, qeyd etdiyimiz kimi, başlanğıcdır.
Potensialımız və planlarımız
isə genişdir.
Prezident İlham Əliyev ölkədə
bu istiqamətdə həyata keçiriləcək
tədbirlər barədə
demişdir: “Mən dəfələrlə qeyd
etmişəm ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılmalıdır.
Əlbəttə ki, Bakı Cənubi Qafqazın ən böyük sənaye şəhəridir.
Gəncə, Sumqayıt
və eyni zamanda Mingəçevir şəhərində çox
böyük sənaye
potensialı, çox
hazırlıqlı kadr
potensialı var. Bu il Mingəçevir şəhərində yüngül
sənaye kompleksinin təməli qoyulmalıdır.
Bu, Mingəçevirdə işsizlik probleminin həllinə çox müsbət təsir göstərəcək və
biz çox böyük,
yeni sənaye mərkəzini yaradacağıq.
Mingəçevirdə bir neçə
böyük sənaye
müəssisəsinin tikintisi
nəzərdə tutulur.
Burada da yüngül sənaye inkişaf edəcək. Yaxın
zamanlarda minlərlə
iş yeri açılacaqdır. İlk növbədə
bu müəssisələrin
inşası zamanı
və ondan sonra həmin müəssisələrdə işləyəcək
insanların sayı minlərlə ölçüləcək.
Beləliklə, yeni sənaye
mərkəzi yaradacağıq
və insanları işlə təmin edəcəyik”.
Rüstəm KAMAL,
Azərbaycan.- 2016.- 30 oktyabr.- S. 1, 2.