Xarici siyasətin dəyişməz prioritetləri

 

Azərbaycanın davamlı inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə təhlükəsizlik sabitlik ABŞ Qərbin ermənipərəst islamofob dairələrini narahat edir

 

Azərbaycanın regionda siyasi iqtisadi baxımdan güclənməsi, inkişafını daxili imkanları hesabına təmin edən yeganə ölkəyə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması antiazərbaycançı dairələri ciddi narahat edir. Son illər bəzi dövlətlərin nüfuzlu təşkilatların beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizm sərgiləmələri belə bir qənaətin formalaşmasına gətirib çıxarıb ki, Avropa məkanında əsl demokratik dəyərlərəikili standartyanaşma getdikcə artır. Bir sıra Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək cəhdlərinin tez-tez şahidi oluruq.

ABŞ Qərbin anti-Azərbaycan dairələri hər dəfə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşır, demokratiya adı altında müxtəlif QHT şəbəkəsi media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya təşkil edirlər.

Bu gün ABŞ onun Avropadakı müttəfiqləri müxtəlif bəhanələrlə müstəqil ölkələrin daxili işlərinə müdaxilə edir, sabit cəmiyyətlərdə xaos yaradır, hakimiyyət çevrilişləri ssenariləri həyata keçirir.

Ölkəmizə qarşı əsassız ittihamlar, təzyiq cəhdləri ilə zaman-zaman üzləşmişik. Azərbaycanın Cənubi Qafqazın qüdrətli dövlətinə çevrilməsindən narahat olan bəzi dövlətlər, xüsusən Ermənistanı açıq şəkildə müdafiə edən antiazərbaycançı şəbəkə ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Azərbaycan əleyhinə ənənəvi çirkin kampaniyaya Avropa dünya miqyasında müəyyən nüfuza malik təşkilatların da qoşulması təəssüf doğurur. Erməni lobbisinin təsiri altında olan bir sıra qeyri-hökumət təşkilatları ilə yanaşı, Avropa İttifaqının da Azərbaycan əleyhinə qərəzli kampaniyalarda iştirakı ölkə ictimaiyyətinin haqlı narazılığına səbəb olur.

Müxtəlif vaxtlarda adıçəkilən təşkilatinsan haqları”nın müdafiəçisi pərdəsi altında gizlənərək öz maraqlarını gerçəkləşdirmək niyyəti güdüb hər dəfə iflasa uğrayıb. “Eurovision-2012” kimi məşhur musiqi yarışması, I Avropa Oyunları ərəfəsində eyni ssenari, eynioyunçu”lar, eyni dəsti-xətt eynipərdəarxası əllərinşahidi olduq. 2015-ci il mayın 12-də Avropa ParlamentindəBakı oyunları: İnsan haqları uğrunda mübarizəadlı tədbir keçirildi. Tədbirdə iştirak edən bəzi parlamentarilər Avropa liderlərini ilk Avropa Oyunlarının açılış mərasiminə getməməyə çağırışlar etdilər. Lakin Azərbaycan dövləti I Avropa Oyunlarına yüksək səviyyədə evsahibliyi etməklə bu dairələrin məkrli planlarını alt-üst etdi. Həmin ərəfədə bəzi xarici KİV, “Amnesty İnternational”, “Fredoom House”, “Article-19”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar”, Transparency International təşkilatının Almaniya bölməsi digər bu kimi təşkilatlar vasitəsilə Azərbaycanın guya qeyri-demokratik ölkə olduğu, söz məlumat azadlığının məhdudlaşdırıldığı, jurnalistlərin QHT nümayəndələrinin guya peşə fəaliyyətinə görəhəbs edildikləriilə bağlı yalan, subyektiv mülahizələrdən ibarət dezinformasiya xarakterli məlumatlar da dövriyyəyə buraxılmışdı. Həmin vaxt Avropa Parlamenti (AP) konkret cinayət əməllərinə görə həbs olunmuş şəxslərindərhal, qeyd-şərtsiz azad olunmasıtələbini irəli sürmüş müvafiq sənəd qəbul etmişdi. Bu fakt həmin sənədi qəbul edənlərin məkrli simasını açıq göstərdi.

Ötən il Avropa Parlamentində Azərbaycanda insan haqları demokratiyanın vəziyyəti ilə bağlı qərəzli qətnamənin qəbul olunması da bu baxımdan diqqət cəlb edir. Qətnamədə Azərbaycana qarşı ədalətsizlik, onun beynəlxalq nüfuzuna ləkə yaxmaq niyyəti, dövlət strukturlarına, hüquq mühafizə sisteminə hörmətsizlik, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək cəhdi açıq şəkildə özünü büruzə verdi. 2015-ci ilin noyabrında Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün Avropa Parlamentinin missiya göndərməkdən imtina etməsi isə bu qurumun müəyyən dairələrin əlində oyuncağa çevrildiyini təsdiqlədi. Prezident İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edən zaman avropalı parlamentarilərə bu məsələ ilə bağlı qətiyyətli mövqeyini bildirdi: “Avropa Parlamentinin iştirak etməməsi heç nəyi dəyişmədi, nəticələrə müsbət rəyə təsir etmədi”.

Bu gün Avropa ölkələrinin əksəriyyəti insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər yaşayır. Onların bir çoxunda iqtisadi böhranla əlaqədar insanların sosialmülki hüquqlarının təminatına qarşı yönələn tədbirlər həyata keçirilir. İnsanlar yerlərini itirir, dövlət qulluqçularının maaşları azaldılır, pensiya yaşı yüksəldilir, inflyasiya artır. Bütün bunların fonunda Azərbaycanın demokratik yolla inkişafı görünür, Avropada müəyyən dövlətləri əməlli-başlı qayğılandırır. Azərbaycanda siyasihüquqi azadlıqların təmini istiqamətində ardıcıl, sistemli addımlar atılır. Bir çox Şərq ölkələrindən fərqli olaraq, Azərbaycanda iqtisadi inkişaf və demokratikləşmə prosesləri bir-birini tamamlayır. İnsanların konstitusion hüquq və azadlıqlarının təminatı ilə bağlı heç bir problem yoxdur. Əlbəttə, keçid dövrünü uğurla başa vuran ölkəmizin qarşıda həll etməli olacağı problemləri də varbunu ölkə iqtidarı açıq etiraf edir. Cəmiyyəti qayğılandıran problemlər də tədricən həllini tapır, ölkə rəhbərinin siyasi iradəsi ilə korrupsiya, rüşvətxorluq, inhisarçılıq meyillərinə qarşı mübarizə gücləndirilir.

Prezident İlham Əliyev avropalı parlamentarilər ilə görüşü zamanı Azərbaycana qarşı qərəzli mövqe tutan, onun güclü, qüdrətli dövlətə çevrilməsi ilə barışmayan müəyyən xarici qüvvələrə, o cümlədən QHT-lərə də münasibət bildirib. Dövlət başçısı deyib ki, “Freedom House” ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə, ölkəmizin onunla heç bir əlaqəsi yoxdur. Uzun illər “Freedom Houseun rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulmuş və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilmiş Kramer olub. Ölkə rəhbəri qeyd edib ki, “Freedom Houseun hesabatlarının bizim üçün heç bir əsası yoxdur və təşkilatın bu sənəddə qeyd olunması məndə təəccüb doğurur. Bu, qeyri-hökumət təşkilatıdır, yüzlərlə belə təşkilat müxtəlif hesabatlar dərc edir. Avrasiyada ən böyük geriləmənin Azərbaycanda olduğunu deməsi bu təşkilatın və Avropa Parlamentinin Azərbaycana münasibətini nümayiş etdirir.

Dövlət başçısı Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, Avropa İttifaqı ilə əlaqələrin qarşılıqlı maraq əsasında uğurla inkişaf etdiyini bildirib.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin geniş gündəliyinin olduğunu deyən dövlət başçısı bunun təhlükəsizlik, energetika, nəqliyyat, elm, təhsil və digər sahələri əhatə etdiyini, Avropa İttifaqının artıq 9 üzv dövləti ilə strateji tərəfdaşlıq barədə bəyannamənin imzalandığını diqqətə çatdırıb. Zəngin tarixə və milli dəyərlərə sadiq olan Azərbaycanın müstəqil siyasət həyata keçirərək öz inkişaf yolunu seçdiyini deyən dövlət başçısı ölkəmizin siyasi, iqtisadi, sosialbütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirdi. Respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırdı.

Avropalı parlamentarilər səfər çərçivəsində Milli Məclisdə də mühüm görüşlər keçiriblər. Görüşlərdə Avropa İttifaqı-Azərbaycan, Avropa Parlamenti-Milli Məclis münasibətləri barədə konstruktiv fikir mübadiləsi aparılıb. Tərəflər münasibətlərin bərpası üçün göstərilən səyləri yüksək dəyərləndirib, Avropa Parlamenti tərəfindən müəyyən siyasi qrupların mənafelərinə xidmət edən qərəzli sənədlərin qəbul edilməsinin münasibətlərimizə xələl gətirdiyini vurğulayıb, bunun gələcəkdə baş verməməsi üçün Avropa Parlamenti tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd ediblər.

Avropalı deputatlar Milli Məclis nümayəndələrinin bundan sonra Avropa Parlamentinin bütün qurumlarında iştirak etmələri üçün lazımi şərait yaradacaqlarını vəd ediblər. Milli Məclisin Avronest Parlament Assambleyasında fəaliyyətini bərpa etmək üçün tərəflər avropalı parlamentarilərin göstərdiyi son cəhdləri təqdirəlayiq hesab edib, bu məqsədin reallaşması üçün təşkilatın gərəkli addımlar atmasının vacibliyini vurğulayıblar. Səfərin nəticəsi kimi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi tərəfindən birgə bəyanat imzalanıb.

Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi olmaqla yanaşı, onun iqtisadi müstəqilliyinin və enerji təhlükəsizliyinin mühüm komponentlərindən biri kimi çıxış edir. Eyni zamanda Azərbaycan Avropaya inteqrasiya yolunu tutan və hər zaman öz öhdəliklərinə sadiq qalan bir ölkədir. Belə bir ölkəyə dar siyasi maraqlardan çıxış edərək qərəzli münasibətin göstərilməsi ən azı təəssüf hissi doğurur.

ABŞ və Qərb ölkələrində insan hüquqlarının pozulması, korrupsiya, ksenofobiyafaşizm geniş vüsət almışdır. ABŞ-da qara dərililərə qarşı olan münasibət, Avropada qaçqın böhranı bunu əyani şəkildə təsdiq edir.

ABŞ bütün dünyaya mesaj verir ki, həqiqət güclünün tərəfindədir. Vaşinqtonun imper siyasəti göstərir ki, bu gün beynəlxalq hüquq işləmir, diktat siyasəti bütün dünyaya hakim kəsilib.

Bütün bunlara baxmayaraq, antiazərbaycan qüvvələrin Azərbaycana qarşı həyata keçirdiyi məkrli siyasət heç bir nəticə verməyəcək.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 23 sentyabr.- S. 1, 2.