Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Məzahir
Pənahovun sədrliyi ilə avqustun 31-də Mərkəzi
Seçki Komissiyasının növbəti iclası
keçirilib.
MSK
Katibliyinin media və ictimai əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 27
avqust 2016-cı il tarixli iclasının protokolu təsdiq
olunub.
Sonra
2016-cı il sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsi
ilə (referendumla) əlaqədar ölkə
hüdudlarından kənarda səsvermə təşkil
edildiyi hallarda seçicilərin dairələr üzrə
siyahılara daxil edilməsi məsələsinə
baxılıb və müvafiq seçki dairələri müəyyən
olunub.
Kütləvi
informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda cari məsələlərə də
baxılıb.
AZƏRTAC
Azərbaycan.- 2016.- 1 sentyabr.- S.3.