Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini, rəqabət qabiliyyətini artırmaq və innovasiya əsaslı irəliləyişini təmin etmək Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Aparılan iqtisadi islahatlar nəticəsində son illərdə iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olmuşdur.

Ötən dövr ərzində qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesində görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılmış və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamı ilə təsdiq edilmişMilli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən biri kimi ixtisaslaşmış turizm və əyləncə müəyyən edilmiş, beynəlxalq və yerli ekspertlərlə birlikdə dünya təcrübəsində turizm sahəsində islahatların ən uğurlu modelləri və onların ölkəmizdə tətbiqi imkanları təhlil edilmişdir. Aparılmış təhlillər nəticəsində turizm sahəsi üzrə strateji yol xəritəsinin ilkin layihəsi hazırlanmışdır.

Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını, habelə rəqabətədavamlı qiymət təklifinin təmin edilməsini zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən irəli gələn vəzifələrin icrası, Azərbaycanda yüksək iqtisadi, sosialekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması və onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Turizm Şurası yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının Turizm Şurasının (bundan sonra - Şura) əsas məqsədi Azərbaycan Respublikasında turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir;

2.2. Şura öz fəaliyyətinə müstəqil ekspertləri mütəxəssisləri cəlb edə bilər, habelə işçi qruplar yarada bilər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə əsasında, turizm sahəsində dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, ölkənin turizm potensialından istifadə imkanlarının artırılması, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması, milli, tarixi-mədəni, sosial-iqtisadi təbii xüsusiyyətlər nəzərə alınmaqla turizmin müxtəlif növlərinin müvafiq turizm marşrutları yaradılmaqla təşviq edilməsi, turizm xidmətlərinin keyfiyyətinin artırılması, turizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmişMilli iqtisadiyyat iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən biri olan ixtisaslaşmış turizm əyləncə sektorunun inkişafı ilə bağlı strategiya layihəsinin icra mexanizmlərinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamənin layihəsini Şuranın tərkibinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. 2017-ci il növbəti illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsində Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin müraciəti əsasında ticarət festivallarının (“shopping festival”) keçirilməsi ilə bağlı tələb olunan vəsaitin nəzərdə tutulmasını təmin etsin;

3.4. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin təklifləri əsasında Xızı-Xaçmaz, Quba Qusar turizm rekreasiya zonalarının 2016-2017-ci illər üzrə fəaliyyət planını hazırlayıb təsdiq etsin zəruri maliyyələşməni təmin etsin;

3.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Turizm Nazirliyi, Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq uçuşların (reyslərin) təşkili ilə bağlı tədbirlər görsün bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə turizm rekreasiya zonalarında Azərbaycan Turizm Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri peşə liseyləri) yaradılması bu məqsədlə müvafiq torpaq sahəsinin əmlakın ayrılması ilə bağlı tədbirlər görsün;

3.7. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.9. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.10. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi:

4.1. Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) hər il keçirilməsini təmin etsin;

4.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi Dövlət Gömrük Komitəsi ilə birlikdə ticarət festivallarında (“shopping festival”) pərakəndə satış zamanı müvafiq güzəştlərin təşviqlərin, o cümlədən vergi güzəştlərinin verilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadə etməklə çimərlik turizminin inkişafına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi Dövlət Gömrük Komitəsi ilə birlikdə turizm rekreasiya zonalarında vergi gömrük güzəştlərinin imtiyazlarının verilməsi ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.5. yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm rekreasiya zonalarının yaradılması barədə təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

4.6. Xızı-Xaçmaz, Quba Qusar turizm rekreasiya zonalarının Baş inkişaf planlarını hazırlayıb təsdiq etsin onların pasportlarının dövlət qeydiyyatına alınmasını təmin etsin;

4.7. beynəlxalq təcrübə nəzərə alınmaqla, turizm potensialı olan məkanlara turistlərin cəlb edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.8. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin onların fəaliyyətinin təmin edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.9. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası Gürcüstan ilə sərhəd buraxılış məntəqələrində əcnəbilər vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.10. müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə turizm ehtiyatları, turizm nümayişi obyektləri, turizm məhsulları turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, o cümlədən turizm ehtiyatları, turizm sənayesi turizm fəaliyyəti barədə statistik məlumatları onların monitorinqinin nəticələrini özündə əks etdirən Turizm Reyestrinin informasiya saytının yaradılmasını altı ay müddətində təmin etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi ilə birlikdə turizm sahəsinin inkişafına dair yerli sahibkarlar tərəfindən təqdim olunan investisiya layihələrinin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi üçün fəaliyyət planını hazırlayaraq üç ay müddətində təsdiq etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

7. Azərbaycan Respublikasının Milli MəclisinəTurizm haqqındaAzərbaycan Respublikasının qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 2 sentyabr.- S. 4.