Azərbaycan
Respublikasında turizmin inkişafı ilə
bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 800,0 (səkkiz yüz) min manat, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400,0 (dörd yüz) min manat, Bakı şəhərində ticarət festivalının (“shopping festival”) keçirilməsinə 400,0 (dörd yüz) min manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 sentyabr 2016-cı il
Azərbaycan.- 2016.-2 sentyabr.- S.4.