Vyetnam Sosialist Respublikasının
Prezidenti Zati-aliləri
cənab Çan Day Kuanqa
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü
münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
Azərbaycan-Vyetnam əlaqələrinin hazırkı
dinamik inkişafı məmnunluq doğurur. Əminəm ki, tarixən xoş ənənələrə
əsaslanan dostluq əlaqələrimizin möhkəmlənməsi,
qarşılıqlı maraq
doğuran əməkdaşlığımızın
genişlənməsi bundan
sonra da xalqlarımızın mənafelərinə
və ölkələrimizin
rifahına xidmət edəcəkdir.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 avqust 2016-cı il.
Azərbaycan.- 2016.- 2 sentyabr.- S.4.