Prezident İlham
Əliyevin Bakı Şahmat
Olimpiadasında yarışacaq Azərbaycan
idmançıları ilə görüşü
olub
Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq Azərbaycan yığma komandalarının üzvləri ilə görüşü olub.
Dövlətimizin başçısı şahmatçılarla görüşdü, onları salamladı.
Azərbaycan Prezidenti görüşdə
çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Əziz dostlar, bu gün ölkəmizdə
çox əlamətdar
bir gündür. Bakıda 42-ci Şahmat Olimpiadası açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını
təbrik etmək istəyirəm. Bu, ölkəmiz üçün
çox əhəmiyyətli
beynəlxalq tədbirdir.
Bakıda artıq mötəbər
beynəlxalq tədbirlərin
keçirilməsi bir
ənənəyə çevrilibdir. Bildiyiniz kimi,
Azərbaycanda Avropa, dünya çempionatları
keçirilir və çox uğurla keçirilir. Azərbaycan artıq
dünyada inkişaf etmiş ölkə kimi tanınır. Azərbaycana
gələn qonaqların
demək olar ki, mütləq əksəriyyəti öz
vətənlərinə ən
xoş təəssüratlarla
qayıdırlar. Əminəm
ki, bu Olimpiadada
iştirak edəcək
bütün şahmatçılar
şəhərimizlə, ölkəmizlə
tanış olacaqlar, bu iki
həftə ərzində
Azərbaycanı sevəcəklər
və ondan sonra ola bilər
ki, turist kimi də ölkəmizə
qayıdacaqlar.
Beynəlxalq idman yarışlarının
keçirilməsi Azərbaycanın
gücünü, Azərbaycana
olan hörməti göstərir. Ötən il birinci
Avropa Oyunları çox böyük uğurla keçirilmişdir.
Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarının
səviyyəsində keçirilmişdir.
Bu il “Formula-1” yarışı keçirilmişdir
ki, bunun da auditoriyası 500 milyon insandır. Gələn il
isə İslam Həmrəyliyi Oyunları
keçiriləcək və
bu gün Şahmat Olimpiadası başlayır. Mənə verilən məlumata
görə, 175 ölkənin
nümayəndələri Olimpiadada
iştirak edəcəklər
və bu, rekord göstəricidir.
Azərbaycan da bu Olimpiadada 3 kişi,
3 qadın komanda ilə təmsil olunacaq. Mən sizə uğurlar
arzulayıram. Siz müxtəlif
beynəlxalq yarışlarda
ölkəmizi ləyaqətlə
təmsil edirsiniz, yaxşı nəticələr
göstərirsiniz. Bizim kişilərdən
ibarət komandamız
iki dəfə Avropa çempionu olmuşdur. Digər beynəlxalq yarışlarda
yüksək yerlərə
layiq görülmüşlər.
Bizim aparıcı şahmatçılarımız
həmişə yüksək
reytinqlərlə bütün
tanınmış şahmatçılar
arasında yer tuturlar. Yəni, bizim ümidlərimiz
var ki, bu
yarışda da siz doğma Vətəndə ölkəmizi
ləyaqətlə təmsil
edəcəksiniz.
Bizim idmançılarımızın,
şahmatçılarımızın, - demək istəyirdim ki, əksəriyyəti, amma belə çıxır ki, hamısı, - gəncdir,
çox yaraşıqlıdır,
gözəldir və bu, əslində müstəqil Azərbaycanın
böyük uğurudur. Çünki siz müstəqil dövrdə formalaşırsınız,
bəziləriniz müstəqillik
dövründə dünyaya
gəlibdir. Sizin
gözəl gələcəyiniz
var. Siz şahmatda artıq böyük uğurlara nail ola
bilmisiniz və əminəm ki, həyatda bundan sonra da özünüz
üçün layiqli
yer tutacaqsınız və tutmusunuz. Bu gün göstərir
ki, ancaq müstəqillik dövründə
bizim xalqımız sürətlə, uğurla
inkişaf edə bilər. Həm idman yarışlarında,
bütün başqa sahələrdə müstəqillik
dövrü, - əgər
bütün Azərbaycan
tarixini nəzərdən
keçirsək, - ən
uğurlu dövrdür.
Nəyə görə? Çünki xalqımız azaddır,
taleyimiz öz əlimizdədir. Biz Azərbaycanı inamla idarə edirik. Azərbaycan vətəndaşları müstəqilliyin
bəhrəsini görürlər.
İdmanda, o cümlədən şahmatda bizim əsas uğurlarımız
məhz müstəqillik
dövrünə təsadüf
edir.
Bu yaxınlarda Rioda
Yay Olimpiya Oyunlarında bizim idmançılarımız rekord
nəticə göstəriblər. Medalların sayına
görə dünya miqyasında 14-15-ci yerləri
bölüşürlər. Şahmatçılarımız da böyük
zirvələrə çatıblar.
Əminəm ki, gələcəkdə
də siz həmişə bizi sevindirəcəksiniz.
Şahmatın inkişafı Azərbaycanda
dövlət siyasətidir. Bütün şəhər
və rayonlarımızda
şahmat məktəbləri
fəaliyyət göstərir.
Bu ənənə hələ 1970-ci illərdə,
o vaxt Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində
şahmat məktəblərinin
böyük əksəriyyəti
ya bağlanmışdı,
ya sıradan çıxmışdı, ya
da ki hərracda
satılmışdı. Onların yerində dükanlar, restoranlar açıldı.
Çox
təəssüfedici haldır.
Ancaq ulu öndər Heydər Əliyev Azərbaycana qayıdandan sonra şahmata diqqət yenə də lazımi səviyyəyə qalxdı.
Ulu Öndər o vaxt dəfələrlə bizim
uşaq şahmatçılarımızla
görüşmüşdür və rayonlarda şahmat məktəblərinin
açılışlarında mən o məşhur şəkli həmişə
görürəm - Teymur,
Şəhriyar, rəhmətlik
Vüqar, Qədir.
-O vaxt sizin neçə
yaşınız var idi Şəhriyar?
Şəhriyar MƏMMƏDYAROV: 10 yaşım var idi.
-Uşaqlar Heydər
Əliyevin ətrafında
durmuşdular və o çox böyük rəmzi xarakter daşıyırdı. Bu, yeni bir nəsildir.
Yeni, ağıllı, zəkalı
nəsildir ki, yetişir. O, inanırdı
ki, siz böyük
zirvələrə qalxacaqsınız,
belə də oldu. Mən də yadımdadır,
o illərdə - 1990-cı illərin ortalarında çalışırdım ki,
şahmatçılara, gənclərə
kömək edim.
Bu gün Prezident
kimi bunu etməyə çalışıram.
Şadam
ki, idmançılarımız
bizi, xalqımızı
sevindirirlər. Çünki siz hamıdan yaxşı bilirsiniz ki, şahmat intellektual oyundur və xalqımızın
intellektual səviyyəsini
göstərir. Biz həm idmanın döyüş növlərində
güclüyük, həm
də intellektual növündə.
Mən sizi bütün uğurlar münasibətilə təbrik edirəm. Bu yarışda sizə uğurlar arzulayıram. Şadam ki, yeniyetmələrin də iştirakı təmin edilir. Əminəm ki, gələcəkdə siz bizi həmişə sevindirəcəksiniz. Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram.
Sonda xatirə şəkli
çəkdirildi
Azərbaycan.- 2016.- 2 sentyabr.- S. 1.