Bakıda 42-ci Ümumdünya Şahmat
Olimpiadasının birinci turuna
start verilib
Azərbaycan Prezidenti İlham
Əliyev tədbirdə
iştirak edib
Sentyabrın 2-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilib.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə
Beynəlxalq Şahmat
Federasiyasının (FIDE) prezidenti
Kirsan İlyumjinov ilə görüşdü.
Bakının ev sahibliyi etdiyi 42-ci Şahmat Olimpiadası indiyədək Azərbaycanda
keçirilən ən
kütləvi yarışdır.
Bakı Olimpiadasında
175 ölkəni təmsil
edən 181 kişi
və 142 qadın komandanın 1600-dən çox
üzvü, bundan əlavə, yüzlərlə
komanda kapitanları və məşqçilər,
digər rəsmi nümayəndələr iştirak
edirlər. Bu, iştirakçı ölkələrin
sayına görə Olimpiada tarixində rekord göstəricidir.
Yarışları 193 hakim idarə edir.
Yarışın idarə olunmasına
Azərbaycandan 30 hakim cəlb
edilib.
Prezident İlham Əliyev Azərbaycanın kişilərdən
ibarət birinci komandasının üzvü
Şəhriyar Məmmədyarov
ilə Zimbabve şahmatçısı Rodvel
Makoto arasındakı partiyada
ilk gedişi (D2-D4) etdi.
Azərbaycan Olimpiadada üç
kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən
ibarət “Azərbaycan-1” komandası
Zimbabve, “Azərbaycan-2” Mozambik,
“Azərbaycan-3” isə Papua-Yeni Qvineya milliləri
ilə qarşılaşacaq.
Qadınların mübarizəsində
isə “Azərbaycan-1” komandası
Nikaraqua, “Azərbaycan-2” Yaponiya,
“Azərbaycan-3” isə Lesoto
yığması ilə
üz-üzə gələcək.
Sonra dövlətimizin başçısı yarışların keçirildiyi zala baxdı, şahmatçıların oyunlarını izlədi.
Prezident İlham Əliyev qadın şahmatçıların yarışında Rusiya idmançısı Aleksandra Kostenyuk ilə şotlandiyalı Araksamita Grant arasındakı partiyada da ilk gedişi (E2-E4) etdi.
Azərbaycan Prezidenti əlil şahmatçıların yarışına da baxdı.
Prezident İlham Əliyev daha sonra arenada yaradılan şəraitlə tanış oldu.
Dünyanın əsas idman yarışlarından biri olan Şahmat Olimpiadasını ölkəmizdə yüksək səviyyədə keçirmək üçün bütün zəruri addımlar atılıb. “Baku Crystal Hall” bu mötəbər yarış üçün tam hazır vəziyyətə gətirilib. İdmançıların və nümayəndə heyətlərinin burada özlərini tam rahat hiss etmələri üçün mühüm işlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib.
Dövlətimizin başçısı Olimpiadanın sərgi salonuna baxdı. Məlumat verildi ki, Olimpiada çərçivəsində şahmat sərgisi təşkil olunub. Olimpiadanın tamaşaçılarına “Baku Crystal Hall”da təşkil olunan sərgidə iştirak etmək üçün imkan verilir. Bu sərgidə şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlardan plakatlar nümayiş olunur.
Prezident İlham Əliyev şərhçilər otağına baş çəkdi.
Şərhçi Yevgeni Miroşniçenko: Bu möhtəşəm tədbirə görə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Mən çox şadam ki, hər kəs razı qalıb. Dünən möhtəşəm açılış mərasimi oldu. Bu gün yarış başlayır. Bütün dünya Bakıdadır. Olimpiadada rekord sayda ölkə iştirak edir. Şadam ki, bütün təşkilati məsələlər həll olunub. Ümidvaram ki, bu iki həftə ərzində bizim bütün yeni qonaqlarımız ölkəmizi görməyə də imkan tapacaqlar və turist kimi yenidən Azərbaycana qayıdacaqlar. Sizə uğurlar arzulayıram.
Burada yaradılan virtual oyun zonası da böyük maraqla qarşılanır. Şəhərimizin sakinləri və qonaqlar zonada virtual olaraq istənilən şahmatçı ilə oynaya bilər.
Ümumdünya Şahmat Olimpiadası dünyanın diqqət mərkəzində olan tədbirdir. Yarışları işıqlandırmaq üçün 250-dən çox yerli və xarici media nümayəndəsinin qeydiyyatdan keçməsi bunu bir daha sübut edir.
On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Olimpiada ilə
yanaşı, sentyabrın
4-dən 13-dək Bakıda FIDE-nin 87-ci Konqresi və Baş Assambleyasının iclasları
keçiriləcək.
Onu da deyək ki, növbəti - 43-cü Ümumdünya
Şahmat Olimpiadası
Gürcüstanın Batumi şəhərində
baş tutacaq.
Prezident İlham Əliyev 43-cü
Ümumdünya Şahmat
Olimpiadasının stendinə
də baxdı.
Sonra dövlətimizin başçısı
yarışı işıqlandıran
mətbuat nümayəndələrinə
müsahibə verdi.
Sual: Cənab Prezident, bu tədbirin Azərbaycanın tanıdılmasında
əhəmiyyəti barədə
nə deyə bilərsiniz?
Prezident
İlham Əliyev: Əlbəttə, çox
əhəmiyyətlidir, bizim
üçün böyük
şərəfdir. Ümumdünya Şahmat Olimpiadasının
Azərbaycanda keçirilməsi,
əlbəttə ki, bizi çox sevindirir. Şadam ki, bütün
təşkilati məsələlər
yüksək səviyyədə
öz həllini tapıbdır. Dünən möhtəşəm
açılış mərasimində
bərabər iştirak
edirdik, bu gün burada artıq yarışlar başlayıb.
Əlbəttə, Azərbaycan bir daha özünü dünyaya müasir, inkişaf edən ölkə kimi təqdim edir. Əminəm ki, bütün qonaqlar öz vətənlərinə ən
xoş təəssüratlarla
qayıdacaqlar və Azərbaycan haqqında dünya şahmat ictimaiyyətinin daha da dolğun təəssüratı olacaqdır.
Ona görə, bunun çox böyük əhəmiyyəti var. Azərbaycanda
artıq mötəbər
beynəlxalq yarışlar
ənənəvi olaraq
keçirilir. Avropa
Oyunları, Şahmat Olimpiadası, “Formula-1” yarışı,
gələn il
İslam Həmrəyliyi
Oyunları. Yəni, Azərbaycan
dünyanın idman mərkəzlərindən
birinə çevrilir. Sağ
olun.
AZƏRTAC
/Azərbaycan.- 2016.- 3 sentyabr.- S.1, 2.