San-Marino Respublikasının
Kapitan-Regentləri Zati-aliləri
cənab Can Nikola Bertiyə
və cənab Massimo
Andrea Uqoliniyə
Zati-aliləri,
Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə
və xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Belə
bir əlamətdar gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost San-Marino xalqına daim
sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 avqust 2016-cı il.
Azərbaycan.- 2016.- 3 sentyabr.- S.4.