Ə.N.Qocayevin “Ərzaq məhsullarının tədarükü
və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin
İdarə Heyətinin sədri təyin edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əbülfət Novruz oğlu Qocayev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
2 sentyabr 2016-cı il
Azərbaycan.- 2016.- 3 sentyabr.- S. 4.