Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 320
¹ 320 Bakı şəhəri,
29 avqust 2016-cı il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı
ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, N 2, maddə 211, N 5, maddə
658) ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın
3.9.2-ci yarımbəndinə “xüsusilə ağır”
sözlərindən sonra
“, habelə hərbi xidmət əleyhinə” sözləri əlavə
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 3 sentyabr.- S.4.