Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 322 Bakı
şəhəri, 30 avqust
2016-cı il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
4 mart tarixli 23 nömrəli
qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatında
sığortanın stimullaşdırılmasına
maliyyə yardımının
ayrılması və
ödənilməsi qaydaları haqqında Əsasnamə”də
dəyişikliklər edilməsi
barədə
“Kənd təsərrüfatında
sığortanın stimullaşdırılması
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2016-cı il 4 mart tarixli 151-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
10 mart tarixli 1881 nömrəli
Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
4 mart tarixli 23 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2004, N 3, maddə
190) ilə təsdiq edilmiş “Kənd təsərrüfatında sığortanın
stimullaşdırılmasına maliyyə yardımının
ayrılması və
ödənilməsi qaydaları
haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
1. 3.1-ci bəndin altıncı abzası ləğv edilsin.
2. 4.5-ci bənddən sonra aşağıdakı məzmunda
“Qeyd” əlavə edilsin:
“Qeyd.
Bu Əsasnamədə dəyişikliklər
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24
avqust tarixli 772 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının hazırlanması
və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin
2.6-1-ci bəndinə uyğun
edilə bilər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 3 sentyabr.- S. 4.