Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 324 Bakı şəhəri,
31 avqust 2016-cı il
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə
gömrük rüsumlarının
dərəcələri haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası ərazisində
DVB-T və DVB-T2 (Digital Video Broadcasting
-Terrestrial) standartına uyğun
rəqəmli (HD, 3D və
s.) televiziya yayımı
işinin daha da inkişaf etdirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi,
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi
ilə razılaşdırılmış
təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alir:
1. “Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları
üzrə gömrük
rüsumlarının dərəcələri
haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, N 4, maddə 299, N 8, maddə
550, N 10, maddə 639; 1999, N 2, maddə 150; 2000, N 5, maddə
374, N 7, maddə 559, N 8, III kitab, maddə 643, N 9, maddələr 690, 699, 700, N 10, maddə
770; 2001, N 4, maddə 289, N 8, maddə 561; 2002, N 4, II kitab,
maddələr 209, 212; 2005, N 1, maddə 56; 2006, N 2, maddə
180, N 4, maddə 367, N 7, maddə
652; 2008, N 7, maddələr 672, 687; 2009, N
9, maddələr 742, 744, N 12, maddələr 1061, 1071; 2010, N 7, maddə 706, N 12, maddə
1114; 2011, N 1, maddə 68, N 8, maddə 774; 2012, N 1, maddə
39, N 7, maddə 779, N 10, maddə
1020; 2013, N 11, maddə
1458; 2014, N 4, maddə 456; 2015, N 7, maddə 895; 2016, N 4, maddə
801) aşağıdakı məzmunda
4.26-cı bənd əlavə
edilsin:
“4.26. Azərbaycan Respublikası
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən,
DVB-T və DVB-T2 standartına
uyğun rəqəmli
televiziya yayımı
üçün avadanlıqlar
və onlara aid ötürücü anten
fider sistemləri.”.
2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 3 (üç) il
müddətində qüvvədədir.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 3 sentyabr.- S. 4.