Azərbaycan
paralimpiyaçıları XV Yay Paralimpiya Oyunlarında iştirak
üçün Braziliyaya
yola düşüblər
Rio-de-Janeyroda
keçiriləcək XV Yay Paralimpiya Oyunlarında iştirak
edəcək Azərbaycanın paralimpiya yığması və
nümayəndə heyətinin Braziliyaya yolasalma mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilən mərasimdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Komitə rəsmiləri, idman ictimaiyyəti, idmansevərlər və KİV-lərin nümayəndələri iştirak ediblər.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançılarımızın bu yarışa ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan komitənin prezidenti Paralimpiya hərəkatının inkişafında görülən işləri yüksək qiymətləndirib.
Paralimpiyaçılarımızın dördilliyin zirvə yarışına plana uyğun hazırlığından danışan İ.Rəhimov idmançılarımızın potensialından danışıb və ölkəmizin “Rio-2016”da güclü heyətlə təmsil olunacağını deyib.
İ.Rəhimov Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edib. Olimpiya millimizin “Rio-2016”da uğurlu çıxışının paralimpiyaçılarımızı yeni qələbələrə ruhlandırdığını vurğulayan İ.Rəhimov Paralimpiya Oyunlarında Azərbaycanın üçrəngli bayrağının dalğalanacağına və dövlət himninin səslənəcəyinə inandığını deyib: “Paralimpiyaçılarımız Rioya qələbə üçün gedirlər. Əminəm ki, onlar olimpiyaçıların başladığı zəfəri davam etdirəcəklər və Vətənimizə qalibiyyətlə dönəcəklər. Hamını paralimpiyaçılarımıza dəsdək verməyə və yarış ərzində azarkeşlik etməyə çağırıram”.
Rio-de-Janeyroya 27 idmançı
yola düşüb. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə
atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə
qoşulacaq paralimpiyaçılarımızın
6-sı qadın atletdir.
Lisenziyaların sayı isə
44-dür. Bu rəqəmləri
“London-2012” ilə müqayisə
etdikdə, 6 idmançı
və 8 lisenziya çoxdur. Heyət daha çox
gənclərdən ibarətdir.
Paralimpiya Kəndində Azərbaycanın
bayrağı sentyabrın
5-də qaldırılacaq. İki gün
sonra isə Rionun nəhəng Marakana stadionunda yarışın açılış
mərasimi təşkil
ediləcək. Mötəbər yarışda üçrəngli
bayrağımızı ikiqat
Paralimpiya çempionu,
“Bakı-2015” ilk Avropa Oyunlarının
qalibi və yığmanın kapitanı
İlham Zəkiyev aparacaq. Açılış üçün sürpriz də hazırlanıb.
Ümumilikdə, paralimpiyaçılarımız mötəbər turnir öncəsi yüksək
səviyyədə hazırlıq
keçiblər. London-2012 başa
çatdıqdan sonra
yeni proqram üzrə hazırlığa
start verən idmançılar
üçün hər
cür şərait yaradılib. Hazırlıqlara təlim-məşq toplanışları, beynəlxalq
yarışlarda çıxışlar,
maddi-texniki bazanın genişləndirilməsi və
digər məsələlər
daxil edilib.
Son dörd il
ərzində paralimpiyaçılarımızın
161 medal qazanıblar. Bunların 64-nün qızıl, 57-nin gümüş,
40-ı isə bürünc
olub. Hesabat dövründə iki paralimpiyaçımız
dünya rekordunu yeniləyiblər. Milli komandamızın
üzvləri 61 təlim-məşq
toplanışında iştirak
ediblər. Bu hazırlıq proseslərindən
17-si xaricdə, 44-ü isə
respublikamızda təşkil
olunub.
Qeyd edək ki,
XV Yay Paralimpiya
Oyunları sentyabrın 7-dən sentyabrın 18-dək Rio-de-Janeyroda keçiriləcək.
Azərbaycan.- 2016.- 3 sentyabr.- S. 8.