Masallıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallı rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Masallı şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 2.