Yeni körpü gediş-gəlişi
asanlaşdıracaq
Sentyabrın 3-də Salyanın Babazanan
yaşayış massivini
şəhərin mərkəzi
ilə birləşdirən,
Kür çayı üzərində uzunluğu
201 metr, eni 14,5 metr olan yeni
körpü istifadəyə
verilib.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev körpünün açılış
mərasimində iştirak
edib.
Dövlətimizin başçısına körpünün
texniki göstəriciləri
barədə məlumat
verildi. Bildirildi ki, 6 min nəfərdən
artıq əhalinin yaşadığı Babazanan
yaşayış sahəsindən
rayon mərkəzinə olan
məsafəni dəfələrlə
qısaldacaq Kür çayı üzərində
körpünün tikintisinə
Salyan rayonunda yol infrastrukturunun yaxşılaşdırılması üçün Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 6 sentyabr tarixli Sərəncamına
uyğun olaraq dövlət büdcəsində
nəzərdə tutulmuş
Prezidentin ehtiyat fondundan vəsait ayrılmış və tikinti işlərinə
2013-cü ilin oktyabr ayında başlanılmışdı.
Altı aşırımdan
ibarət və uzunluğu 200 metr olan körpünün ümumi eni 14,5 metrdir. Yeni
körpünün hərəkət
hissəsinin eni 11,5 metr, piyada
səkilərinin eni hər iki tərəfdə
1,5 metrdir. Müasir tikinti materiallarından
istifadə olunmaqla inşa edilmiş körpünün Kür çayının səviyyəsindən
hündürlüyü təqribən
13 metrdir.
Layihəyə uyğun olaraq Salyan rayonu tərəfdən
123 metr, Babazanan yaşayış sahəsi
tərəfdən isə
221 metr olan yanaşma yolları tikilib.
Azərbaycan Prezidenti körpünün
rəmzi açılışını
bildirən lenti kəsdi.
Dövlətimizin başçısı görülmüş
işləri yüksək
qiymətləndirdi.
AZƏRTAC
Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 7.