Ələt-Astara-İran
dövlət sərhədi avtomobil yolunun Salyan ərazisindən
keçən 23,4 kilometrlik hissəsi istismara verilib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də
Salyan rayonuna səfəri çərçivəsində
Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi
avtomobil yolunun bu rayonun ərazisindən keçən 23,4
kilometrlik (31-ci kilometrdən 54,4-cü kilometrədək) hissəsinin
açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar
Cəmiyyətinin sədri Saleh Məmmədov
dövlətimizin başçısına məlumat verdi ki, magistralın
Ələt-Masallı hissəsinə daxil
olan Yenikənd-Salyan layihəsi üzrə
tender keçirilib və
2014-cü ilin mayında tenderin
qalibi “EVRASCON-AzWirt”
birgə müəssisəsi ilə podrat
müqaviləsi imzalanıb. Birinci texniki dərəcəli yolun
eni 26,5 metrdir. Dörd hərəkət hissəsinin və
çiyinlərin hər birinin eni 3,75 metrdir. Avtomobillərin
hərəkətinin tənzimlənməsi məqsədilə
kifayət sayda yol təhlükəsizlik
dirəyi və müxtəlif yol
nişanları quraşdırılıb, yol
cizgi və yol göstərici
xətləri çəkilib. Magistral boyunca iki yeni
körpü və bir tunel inşa
olunub.
Sonra Prezident
İlham Əliyevə
Kür çayı üzərində salınmış
yeni körpü haqqında məlumat verildi. Bildirildi ki, körpünün uzunluğu
363 metr, yanalma yolları ilə birlikdə 1,4 kilometr, eni isə
30 metrə yaxındır.
Körpüdə hər
birinin eni 3,75 metr olan
dörd hərəkət
zolağı var. Piyadaların
körpüdən rahat
və təhlükəsiz
şəkildə istifadəsi
üçün 1,3 metr
enində səkilər
qurulub. Yeni körpü suyun
səviyyəsindən 15 metr
hündürlükdə inşa
edilib.
Prezident İlham Əliyev yolun və körpünün
rəmzi açılışını
bildirən lenti kəsdi.
Sonda xatirə şəkli
çəkdirildi.
AZƏRTAC
Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 7.