Özbəkistan Prezidenti İslam
Kərimov son mənzilə
yola salınıb
Özbəkistan Prezidenti İslam Kərimov sentyabrın 3-də
doğma şəhəri
Səmərqənddəki tarixi
Şahi-Zinda qəbiristanlığında
dəfn olunub. Vida mərasimində Azərbaycan
nümayəndə heyəti
də iştirak edib.
AZƏRTAC xəbər verir ki, dəfnlə
bağlı tədbirlər
günün birinci yarısında dövlət
başçısının yerli iqamətgahında başlayıb. Burada keçirilən mərasimə bir çox xarici ölkədən rəsmi
nümayəndə heyətləri
qatılıb. Özbəkistanın Baş naziri, dəfnin təşkili üzrə dövlət komissiyasının sədri
Şavkat Mirziyayev çıxış edərək
İslam Kərimovun xidmətlərini xatırladıb.
Azərbaycan mərasimdə Milli
Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə tərkibinə xarici işlər nazirinin müavini Xələf Xələfov,
Qafqaz Müsəlmanları
İdarəsinin sədri,
şeyxülislam Allahşükür
Paşazadə, parlamentin
komitə sədri Eldar İbrahimov, deputat Hüseynbala Mirələmov və digər rəsmi şəxslərin daxil olduğu nümayəndə
heyəti ilə təmsil olunub.
Xatırladaq ki, ölkəyə
27 il rəhbərlik
etmiş 79 yaşlı
İslam Kərimov sentyabrın 2-də müalicə
olunduğu xəstəxanada
dünyasını dəyişib.
Prezidentin
vəfatı ilə əlaqədar Özbəkistanda
üç günlük
matəm elan olunub
Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 9.