Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli
qərarı ilə təsdiq edilmiş “Yanar dağ” dövlət
tarix-mədəniyyət və təbiət qoruğu
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 325
Bakı şəhəri,
1 sentyabr 2016-cı il
“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 9, maddə 873) ilə təsdiq edilmiş “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:
“3.7. Qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərtilə yerləşdirilə bilər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 4 sentyabr.- S.9.