Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 326 Bakı şəhəri,
1 sentyabr 2016-cı il
“Avtomobil yollarının layihələşdirilməsi,
tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın
və sınağın
keçirilməsi Qaydalarının
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
“Reklam haqqında” Azərbaycan Respublikasının
2015-ci il 15 may tarixli 1281-IVQ
nömrəli Qanununun
tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 24
noyabr tarixli 644 nömrəli Fərmanının
ləğvi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 14
iyul tarixli 554 nömrəli Fərmanının
1.1.2-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, N 2, maddə 115; 2002, N 11, maddə 675; 2003, N 8, maddə
460; 2005, N 1, maddə 49; 2006, N 9, maddə 822; 2008, N 2, maddə
130,N 5, maddə 432; 2015, N 5, maddə 652,N 8, maddə
961) ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələşdirilməsi,
tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nın
2.3-cü bəndinin ikinci
abzası aşağıdakı
redaksiyada verilsin:
“Avtomobil yollarında
yol hərəkətinin
təhlükəsizliyi tələblərinə
cavab verməyən, yol hərəkəti iştirakçıları üçün
maneə və təhlükə yaradan, onların həyat və sağlamlığına
təhlükə yarada
bilən, sürücülərin
yol şəraitini qiymətləndirməsini çətinləşdirən,
yol hərəkəti
nişanlarına və
yazılarına bənzəyən
reklam qurğularının
yerləşdirilməsinə yol verilmir. Yol örtüyünün üzərində,
yol hərəkəti
nişanlarında, onların
dirəklərində və
digər tənzimləmə
vasitələrində, yol
qurğularında reklamın
yerləşdirilməsi qadağandır.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 9.