Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 327 Bakı
şəhəri, 1 sentyabr 2016-cı il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı
ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri)
dövlət tərəfindən tənzimlənən
malların (işlərin, xidmətlərin) Siyahısı”nda
dəyişiklik edilməsi barədə
“Reklam
haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may
tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24
noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14
iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci
yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, N 9, maddə 869; 2007, N 1, maddə 45, N
3, maddə 312, N 10, maddə 1021; 2008, N 2, maddə 116; 2009, N 6,
maddə 491, N 10, maddə 846, N 12, maddə 1061; 2010, N 3, maddə
264, N 4, maddə 359, N 7, maddə 702, N 12, maddə 1122; 2014, N
3, maddə 321, N 10, maddə 1322; 2015, N 4, maddə 474; 2016, N 2,
(II kitab), maddə 366, N 3, maddə 610, N 5, maddə 951; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli
291 nömrəli qərarı) ilə təsdiq edilmiş “Qiymətləri
(tarifləri) dövlət tərəfindən tənzimlənən
malların (işlərin, xidmətlərin)
Siyahısı”nın 36-cı hissəsi ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 9.