Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 3 oktyabr tarixli 464 nömrəli qərarına
əsasən təsdiq olunmuş
“Naxçıvan MSSR-nin
Culfa rayonunda yerləşən “Gülüstan”
tarix-mədəniyyət qoruğu haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 328 Bakı şəhəri,
1 sentyabr 2016-cı il
“Reklam haqqında” Azərbaycan Respublikasının
2015-ci il 15 may tarixli
1281-IVQ nömrəli Qanununun
tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 24
noyabr tarixli 644 nömrəli Fərmanının
ləğvi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 14
iyul tarixli 554 nömrəli Fərmanının
1.1.2-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan SSR Nazirlər Sovetinin
1990-cı il 3 oktyabr tarixli 464 nömrəli
qərarına əsasən
təsdiq olunmuş “Naxçıvan MSSR-nin Culfa rayonunda yerləşən “Gülüstan”
tarix-mədəniyyət qoruğu
haqqında Əsasnamə”yə
aşağıdakı məzmunda
13-1-ci hissə əlavə
edilsin:
“13-1. Qoruğun ərazisində
və onun mühafizə zonasında,
memarlıq abidələrinin
(binalarının) dam hissəsində
reklam daşıyıcıları
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin razılığı ilə
yalnız reklam-informasiya
təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi
təsir göstərməmək
şərtilə yerləşdirilə
bilər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 9.