Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 330 Bakı
şəhəri, 1 sentyabr
2016-cı il
“Azərbaycan Respublikasının “Xınalıq”
Dövlət tarix-memarlıq
və etnoqrafiya qoruğunun, “Keşikçidağ”
Dövlət tarix-mədəniyyət
qoruğunun və “Atəşgah məbədi”
Dövlət tarix-memarlıq
qoruğunun əsasnamələrinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
“Reklam haqqında” Azərbaycan Respublikasının
2015-ci il 15 may tarixli
1281-IVQ nömrəli Qanununun
tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 24
noyabr tarixli 644 nömrəli Fərmanının
ləğvi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 14
iyul tarixli 554 nömrəli Fərmanının
1.1.2-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının
“Xınalıq” Dövlət
tarix-memarlıq və
etnoqrafiya qoruğunun,
“Keşikçidağ” Dövlət
tarix-mədəniyyət qoruğunun
və “Atəşgah məbədi” Dövlət
tarix-memarlıq qoruğunun
əsasnamələrinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2008, N 9, maddə
867) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının
“Xınalıq” Dövlət
tarix-memarlıq və
etnoqrafiya qoruğunun Əsasnaməsi”nə aşağıdakı
məzmunda 3.7-ci bənd
əlavə edilsin:
“3.7. Qoruğun ərazisində
və onun mühafizə zonasında,
memarlıq abidələrinin
(binalarının) dam hissəsində
reklam daşıyıcıları
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin razılığı ilə
yalnız reklam-informasiya
təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi
təsir göstərməmək
şərtilə yerləşdirilə
bilər.”.
2. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının
“Keşikçidağ” Dövlət
tarix-mədəniyyət qoruğunun
Əsasnaməsi”nə aşağıdakı
məzmunda 3.7-ci bənd
əlavə edilsin:
“3.7. Qoruğun ərazisində
və onun mühafizə zonasında,
memarlıq abidələrinin
(binalarının) dam hissəsində
reklam daşıyıcıları
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin razılığı ilə
yalnız reklam-informasiya
təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi
təsir göstərməmək
şərtilə yerləşdirilə
bilər.”.
3. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının
“Atəşgah məbədi”
Dövlət tarix-memarlıq
qoruğunun Əsasnaməsi”nə
aşağıdakı məzmunda
3.7-ci bənd əlavə
edilsin:
“3.7. Qoruğun ərazisində
və onun mühafizə zonasında,
memarlıq abidələrinin
(binalarının) dam hissəsində
reklam daşıyıcıları
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin razılığı ilə
yalnız reklam-informasiya
təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi
təsir göstərməmək
şərtilə yerləşdirilə
bilər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 9.