Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 oktyabr tarixli 285 nömrəli
qərarı ilə təsdiq edilmiş “Qala” Dövlət
Tarix-Etnoqrafiya Qoruğunun
xüsusi rejimi
haqqında Əsasnamə”də dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 331 Bakı şəhəri,
1 sentyabr 2016-cı il
“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 oktyabr tarixli 285 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 10, maddə 1206;2015, N 10, maddə 1240;2016, N 3, maddə 575) ilə təsdiq edilmiş “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 3.7-ci bəndə “yerləşdirilir” sözündən sonra “, habelə Qoruğun ərazisində reklamın yayımlanması yerləri İdarə tərəfindən müəyyən edilir” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 3.7-1-ci bənd əlavə edilsin:
“3.7-1. Qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları İdarənin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərtilə yerləşdirilə bilər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 4 sentyabr.- S. 9.