Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 332                                    Bakı şəhəri, 1 sentyabr 2016-cı il

 

Küçə reklamının yayımı reklam tarifi zonalarının müəyyən  edilməsi Qaydaları”nın Küçə  reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”nın təsdiq edilməsi  haqqındaAzərbaycan Respublikası  Nazirlər  Kabinetinin 2008-ci il 23 aprel tarixli 92 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Reklam haqqındaAzərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi Reklam haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Küçə reklamının yayımı reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları”nın Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 92 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 4, maddə 312; 2009, N 6, maddə 491) 1-ci hissəsindənKüçə reklamının yayımı reklam tarifi zonalarının müəyyən edilməsi Qaydalarısözləri çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2016.- 4 sentyabr.- S.9.