Bakı daha bir mötəbər tədbirə evsahibliyi edir

 

Beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyini göstərir

 

Azərbaycan tarixini nəzərdən keçirsək, ən uğurlu dövrdür. Nəyə görə? Çünki xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Biz Azərbaycanı inamla idarə edirik. Azərbaycan vətəndaşları müstəqilliyin bəhrəsini görürlər. İdmanda, o cümlədən şahmatda bizim əsas uğurlarımız məhz müstəqillik dövrünə təsadüf edir.

İlham ƏLİYEV

 

Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyini göstərir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə evsahibliyi etməsi artıq ənənə halını alıb. Sentyabrın 1-də Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasiminin keçirilməsi də çox əlamətdar hadisə kimi tarixə düşdü. Tədbirdə Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak etdilər.

Paytaxtımızda beynəlxalq tədbirlərin uğurla keçirilməsi ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini bir daha sübuta yetirir. Rəsmi Bakının Avropadünya miqyaslı siyasi, iqtisadihumanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi, Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionundiplomatik paytaxtı”na çevirib. “Eurovision-2012” kimi möhtəşəm musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan başqa bir mötəbər idman tədbirinə - “Bakı 2015” I Avropa Oyunlarına da evsahibliyi etdi. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi həm də ölkəmizin milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə etdiyi böyük nailiyyətləri göstərdi.

Bakının evsahibliyi etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixdə qalacaq. Bu mötəbər yarışda 176 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparır ki, bu da iştirakçı ölkələrin sayına görə rekord göstəricidir. Azərbaycanın bütün sahələrdə olduğu kimi, idman sahəsində də nailiyyətləri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovetlər dönəmində dünya şahmat tacının Azərbaycana gətirilməsində də əvəzsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və ölkədə şahmatın inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət sayəsində Azərbaycanda güclü şahmat məktəbi yaradılmış, ölkə şahmatı yüksək səviyyələrə qalxmışdır. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə son 13 ildə şahmatın inkişafı yeni mərhələyə qədəm qoymuşdur.

Prezident İlham Əliyev Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan Azərbaycan yığma komandalarının üzvləri ilə görüşündə bildirib: “Şahmatın inkişafı Azərbaycanda dövlət siyasətidir. Bütün şəhər və rayonlarımızda şahmat məktəbləri fəaliyyət göstərir. Bu ənənə hələ 1970-ci illərdə, o vaxt Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində şahmat məktəblərinin böyük əksəriyyəti ya bağlanmışdı, ya sıradan çıxmışdı, ya da ki, hərracda satılmışdı. Onların yerində dükanlar, restoranlar açıldı. Çox təəssüfedici haldır. Ancaq ulu öndər Heydər Əliyev Azərbaycana qayıdandan sonra şahmata diqqət yenə də lazımi səviyyəyə qalxdı”.

Ölkə başçısının imzaladığı “2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı Dövlət Proqramı” dünya ölkələri təcrübəsində şahmat idman növünün inkişafına yönəldilmiş ilk və yeganə proqramdır. Bu, Azərbaycanda şahmata dövlət səviyyəsində göstərilən qayğının ən bariz nümunəsidir. Bunun qarşısında şahmatçılarımız da nailiyyətləri ilə xalqımızı sevindirirlər. Kişilərdən ibarət yığma komandanın 2009-cu və 2013-cü illərdə Avropa çempionu adını, 2007-ci və 2011-ci illərdə Avropa çempionatlarının müvafiq olaraq bürüncgümüş medallarını qazanmaları, qadın yığmamızın isə 2009-cu ildə Avropa çempionatında dördüncü yerə çıxması, kişilərdən ibarət “SOCAR Azərbaycan” klubunun iki dəfə Avropa çempionu adını və ilk dəfə keçirilmiş şəhərlərarası dünya çempionatında Bakının komandasının gümüş medal qazanması buna əyani sübutdur.

Biz öz yolumuzla gedirik. İdman uğurları ölkəmizin uğurlarının tərkib hissəsidir. Ancaq güclü dövlətlərdə güclü idman var”, - deyən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi cəhətdən qüdrətləndikcə idmanın da hərtərəfli inkişafına lazımi vəsaitin artırılacağını bildirib. Bakıda tarixin ən böyük Şahmat Olimpiadasının keçirilməsi də ölkəmizə verilən önəmin əyani təcəssümüdür. Bu kimi mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizdə son illər idmanın və bədən tərbiyəsinin, Olimpiya hərəkatının geniş vüsət alması ilə bağlıdır.

Belə sanballı idman tədbirinin Azərbaycana həvalə edilməsi onu göstərir ki, respublikamız bütün sahələrdə, o cümlədən idmanda tərəqqi dövrünü yaşayır. Ölkəmizdə təşkil olunan Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Son 13 ildə respublikamızda idmanın müxtəlif növləri üzrə dünyaAvropa çempionatları keçirilib. Həmin tədbirlərin yüksək səviyyədə hazırlığı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən qeyd olunur. İdmançılarımızın mötəbər yarışlarda əldə etdiyi yüksək nailiyyətlər, dövlətin idmanın inkişafına dəstəyi, müasir idman infrastrukturunun mövcudluğu ilə bağlıdır.

Ötən illərdə olduğu kimi, 2016-cı ilin 8 ayında da Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkəmizin dünya miqyasında rolunun artdığını göstərdi. Dünyanın ən müxtəlif ölkələrindən yüksək səviyyəli dövlət xadimlərinin də qatıldığı mötəbər tədbirlər Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdi. Ötən 8 ay ərzində ölkəmizdə keçirilən forumlarda, konfranslarda iştirak etmək üçün Azərbaycanda səfərdə olan dövlət və hökumət başçılarının, tanınmış siyasiictimai xadimlərinin dünyanı narahat edən qlobal problemləri paytaxtımızda müzakirə etmələri çox mühüm hadisə oldu. Şübhəsiz ki, bu mötəbər tədbirlərdə iştirak edən xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumatlar verirlər.

Cari ilin 8 ayında ölkəmizdə “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı, “Çoxqütblü dünyaya doğrumövzusunda IV Qlobal Bakı Forumu, BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında VII Qlobal Forumu, Bakı Sərgi Mərkəzində XXIII Beynəlxalq “Xəzər NeftQaz 2016” sərgisi, Azərbaycan-Rusiya-İran prezidentlərinin Zirvə görüşü keçirilib.

Azərbaycan son illərdə dünya miqyaslı bir sıra idman yarışlarını da uğurla təşkil edərək beynəlxalq və Avropa olimpiya komitələrinin etimadını qazanıb. 2016-cı ildə ölkəmizdə “Formula-1” Avropa Qran-pri yarışları keçirilib.

2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində federasiyaya üzv olan milli olimpiya komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Tam səs çoxluğu ilə ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi barədə qərar qəbul edilib. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı “Həmrəylik bizim gücümüzdürseçilib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembank şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-nin bayrağı Azərbaycana verilmişdi.

IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın evsahibliyi etməsilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası ilə müqavilə imzalanıb. IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə mayda - ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da “Bakı-2015” I Avropa Oyunlarının proqramı ilə qismən də olsa üst-üstə düşəcək. IV İslam Həmrəyliyi Oyunlarında ağır atletikazorxana kimi idman növləri üzrə yarışlar keçiriləcək. İdmançıların Atletlər kəndində yerləşdirilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan Azərbaycan yığma komandalarının üzvləri ilə görüşündə bildirib: “Bakıda artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi bir ənənəyə çevrilibdir. Bildiyiniz kimi, Azərbaycanda Avropa, dünya çempionatları keçirilirçox uğurla keçirilir. Azərbaycan artıq dünyada inkişaf etmiş ölkə kimi tanınır. Azərbaycana gələn qonaqların, demək olar ki, mütləq əksəriyyəti öz vətənlərinə ən xoş təəssüratlarla qayıdırlar. Əminəm ki, bu Olimpiadada iştirak edəcək bütün şahmatçılar şəhərimizlə, ölkəmizlə tanış olacaqlar, bu iki həftə ərzində Azərbaycanı sevəcəklər və ondan sonra ola bilər ki, turist kimi də ölkəmizə qayıdacaqlar.

Beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü, Azərbaycana olan hörməti göstərir. Ötən il I Avropa Oyunları çox böyük uğurla keçirilmişdir. Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Bu il “Formula-1” yarışı keçirilmişdir ki, bunun da auditoriyası 500 milyon insandır”.

Çoxsaylı idman tədbirləri, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə Azərbaycan haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələrinin bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə nümunəsini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil müasir inkişaf edən bir ölkə kimi tanıtmışdır. İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar, idman digər sahələrdə həlledici uğurlar qazanmış müstəqil respublikamızın dünya miqyasında nüfuzu artır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 7 sentyabr.- S.1, 4.