Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 333 Bakı şəhəri,
1 sentyabr 2016-cı il
“Azərbaycan Respublikası vahid büdcə təsnifatının
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
“Reklam haqqında” Azərbaycan Respublikasının
2015-ci il 15 may tarixli
1281-IVQ nömrəli Qanununun
tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 24
noyabr tarixli 644 nömrəli Fərmanının
ləğvi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 14
iyul tarixli 554 nömrəli Fərmanının
1.1.2-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
6 oktyabr tarixli 149 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, N 10, maddə 866; 2006, N 3, maddə 303, N 5, maddələr
463, 468, N 8, maddə 731, N 9, maddə 822, N 11, maddə
994; 2007, N 1, maddə 50, N 10, maddə 1021, N 12, maddələr
1343, 1352; 2008, N 2, maddə 130, N 4, maddə 308, N 10, maddə
936; 2009, N 1, maddələr 22, 32, N 2, maddələr 144, 150, N 9, maddələr
736, 753; 2010, N 4, maddə 369, N 11, maddə 1048; 2011, N 1, maddə
66, N 4, maddə 365; 2012, N 9, maddə 934; 2013, N 8, maddə
1000, N 10, maddə 1202; 2014, N 1, maddələr 59, 69, N 2, maddə
201, N 5, maddə 557, N 6, maddələr
745, 747, N 9, maddə 1130; 2015, N 2, maddə 227, N 3, maddələr
328, 337, N 6, maddələr 774, 781, N 7, maddə 890, N 11, maddə
1412; 2016, N 3, maddə 595, N 4, maddələr 806, 831, N 5, maddələr
941, 955) ilə təsdiq
edilmiş 1 nömrəli
əlavə - “Büdcə
gəlirlərinin təsnifatı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.
1.1.4.6.1.0-cı yarımbənddə “küçə (divar) reklamının yerləşdirilməsi
və” sözləri
“açıq məkanda
reklamın” sözləri
ilə əvəz edilsin;
2.
1.4.2.2.9.6-cı yarımbənddən “, həmçinin küçə
reklamının yerləşdirilməsinə
birdəfəlik icazənin
verilməsinə görə”
sözləri çıxarılsın.
3.
1.1.4.6-cı yarımbənddə “küçə (divar) reklamının yerləşdirilməsi
və” sözləri
“açıq məkanda
reklamın” sözləri
ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 6.