Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 336 Bakı
şəhəri, 1 sentyabr
2016-cı il
“İdman mərc oyunlarının həyata keçirilməsi
məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və “İdman mərc oyunlarının təşkili
və keçirilməsi
Qaydaları”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
“Reklam haqqında” Azərbaycan Respublikasının
2015-ci il 15 may tarixli
1281-IVQ nömrəli Qanununun
tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 24
noyabr tarixli 644 nömrəli Fərmanının
ləğvi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 14
iyul tarixli 554 nömrəli Fərmanının
1.1.2-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, N 8, maddə 762; 2012, N 5, maddə 494; 2013, N 6, maddə
752; 2016, N 6, maddə 1187) ilə
təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili
və keçirilməsi
Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 3.6-cı bəndə “üzərində” sözündən
sonra “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci
maddəsinin tələblərinə
uyğun olaraq” sözləri əlavə
edilsin.
2. 3.12-ci bənddən “və reklam fəaliyyətlərində
istifadə edilə” sözləri çıxarılsın
və həmin bəndə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
“İdman mərc oyununu udan şəxsin
yazılı razılığı
olmadan onun adı reklamda açıqlana bilməz.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 6.