Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
№ 337 Bakı şəhəri,
1 sentyabr 2016-cı il
“Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına
aid torpaqlardan istifadə
olunması Qaydaları”nın
və “Dəmir yolları üçün
və dəmir yolunun sanitariya-mühafizə
zonası üçün
torpaqayırma Normaları”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarında
dəyişikliklər edilməsi
haqqında
“Reklam haqqında” Azərbaycan Respublikasının
2015-ci il 15 may tarixli
1281-IVQ nömrəli Qanununun
tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 24
noyabr tarixli 644 nömrəli Fərmanının
ləğvi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 14
iyul tarixli 554 nömrəli Fərmanının
1.1.2-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, N 2, maddə 133; 2006, N 1, maddə 59; 2009, N 9, maddə
736,
N 10, maddə 846; 2013, N 6, maddə
739; 2015, N 11, maddə 1418) ilə
təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı
torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 14-cü hissəsinin
birinci cümləsində
“Azərbaycan Respublikası
Nəqliyyat Nazirliyinin”
sözləri “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri
ilə, üçüncü
cümləsində “Azərbaycan
Respublikasının qanunvericiliyi”
sözləri “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu”
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 6.