Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 340 Bakı şəhəri,
1 sentyabr 2016-cı il
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab
edilməyən təsərrüfathesablı
dövlət müəssisə
və təşkilatlarının
ləğvi, özəlləşdirilməsi
və yenidən təşkili ilə bağlı tədbirlər
haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi,
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
və Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində
olan və fəaliyyəti məqsədəuyğun
hesab edilməyən təsərrüfathesablı dövlət
müəssisə və
təşkilatlarının ləğvi, özəlləşdirilməsi
və yenidən təşkili ilə bağlı tədbirlər
haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, N 4, maddə 478) 5.6-cı bəndi ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 6.