Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
N 341
Bakı şəhəri,
1 sentyabr 2016-cı il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 17 aprel tarixli 112 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nda
dəyişiklik edilməsi
barədə
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi
və institusional islahatların sürətləndirilməsi
ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
16 aprel tarixli 152 nömrəli Fərmanının
6.1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 17 aprel tarixli 112 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, N 4, maddə 479, N 12, maddə
1572; 2016, N 6, maddə 1224) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nın
“II. Təsərrüfathesablı təşkilatlar” bölməsinə
aşağıdakı məzmunda
31-ci hissə əlavə
edilsin:
“31. Qax Rayon Damazlıq
İpəkçilik Stansiyası”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 6 sentyavbr.- S. 6.