Paytaxtın Xətai
rayonundakı 265 nömrəli məktəbin kollektivi
yeni tədris ilinə əsaslı təmir
olunmuş binada başlayacaq
Prezident İlham Əliyev məktəbin
binasında yaradılan şəraitlə tanış olub
Bakının
Xətai rayonundakı 265 nömrəli tam orta məktəbin
müəllim və şagird kollektivi yeni tədris ilinə əsaslı
təmir olunmuş binada başlayacaq.
Sentyabrın
5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
məktəbin binasında əsaslı təmirdən sonra
yaradılan şəraitlə tanış olub.
Məlumat
verildi ki, bu təhsil ocağı dövlətimizin
başçısının Sərəncamı ilə təsdiq
edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf
qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na uyğun olaraq əsaslı surətdə təmir
edilib. Məktəbin həyətində bu təhsil
ocağının məzunu şəhid Miryusif Yusifovun xatirə
lövhəsi qoyulub.
Bu məktəb
1983-cü ildən fəaliyyət göstərir. Burada indiyədək
heç vaxt bu cür əsaslı təmir işləri
aparılmayıb.
Təhsil
ocağının foyesində ulu öndər Heydər Əliyevin
və Prezident İlham Əliyevin təhsilə göstərdikləri
qayğını əks etdirən fotostend qurulub. Burada, həmçinin
dövlətimizin başçısının Xətai
rayonundakı təhsil ocaqlarında olduğu zaman çəkilən
fotoları da var.
Məktəbin
bütün otaqları, o cümlədən fizika, kimya,
biologiya, informatika otaqları zəruri avadanlıqla təchiz
edilib. Burada şagirdlərə ən yüksək səviyyədə
təhsil vermək üçün hərtərəfli şərait
var. 1076 şagird yerlik məktəbdə tədris ikinövbəlidir.
Məktəbdə tədris Azərbaycan və rus dillərində
aparılır. Hazırda məktəbdə 48 sinifdə 1060
şagird təhsil alır. Təhsil ocağında 135 nəfər
çalışır ki, bunlardan 109-u müəllimdir. Məktəbin
yüksək səviyyədə qurulan yeməkxanası yeni tədris
ilindən şagirdlərin ixtiyarında olacaq. Təhsil
ocağının akt zalı da müasir səviyyədə
yenidən qurulub.
Şagirdlər
məktəbin zəngin kitabxanasından bəhrələnəcəklər.
Kitabxananın 5 minə yaxın bədii ədəbiyyat və
20 minədək dərslik fondu var.
Təhsil
ocağının idman zalında voleybol, həndbol, futbol,
gimnastika, tennis və idmanın digər növləri ilə məşğul
olmaq üçün hər cür şərait
yaradılıb.
2015-2016-cı
tədris ilində məktəbi 54 şagird bitirib ki, onlardan
24 nəfəri tələbə adını qazanıb.
Məktəbdə
yaradılan şəraitlə tanış olan dövlətimizin
başçısı kollektivə uğurlar arzuladı.
AZƏRTAC
Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 2.