Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın ölkəmizdəki səfirliyində olub, Prezident İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyində olub.

Dövlətimizin başçısı Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevlə söhbət edibona başsağlığı verib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 6 sentyabr.- S. 2.