“Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli
795 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanını “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 259, ¹ 3, maddə 460, ¹ 4, maddə 670, ¹ 6, maddələr 1025, 1063, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli 1001 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.20-ci bəndə “194-cü maddəsində” sözlərindən sonra “195.1-ci, 195.2-ci, 477-ci maddələrində” sözləri əlavə edilsin.
2. 5.4-cü bənddə “192 - 194, 198 - 203, 469.2,” rəqəmləri “191.2-ci, 192 - 194-cü, 195.2-ci, 198 - 203-cü, 469.2-ci, 477-ci,” sözləri ilə əvəz edilsin.
3. 5.55-ci bənddə “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin.
4. 4.21-ci, 4.38-ci, 5.3-cü və 5.5-ci bəndlər ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 6 sentyabr
2016-cı il
Azərbaycan.- 2016.- 7 sentyabr.- S. 3.