“Bir
sıra mərkəzi icra hakimiyyəti
orqanlarının strukturlarının təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamını “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 657; 2012, ¹ 4, maddə 365, ¹ 6, maddə 555; 2013, ¹ 8, maddə 982; 2014, ¹ 10, maddə 1226, ¹ 11, maddə 1414; 2016, ¹ 2 (II kitab), maddə 250) 8-ci hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
6 sentyabr 2016-cı il
Azərbaycan.- 2016.- 7 sentyabr.- S.2.