Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 338 Bakı şəhəri,
1 sentyabr 2016-cı il
“İctimai əhəmiyyətli funksiyaları
yerinə yetirən hüquqi şəxslərin
Siyahısı”nın təsdiq edilməsi haqqında
“Vətəndaşların müraciətləri
haqqında” Azərbaycan
Respublikasının 2015-ci il
30 sentyabr tarixli
1308-IVQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 12
noyabr tarixli 672 nömrəli Fərmanının
1.1.5-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“İctimai əhəmiyyətli
funksiyaları yerinə
yetirən hüquqi şəxslərin Siyahısı” təsdiq
edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 1sentyabr
tarixli 338 nömrəli
qərarı ilə təsdiq edilmişdir.
İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin
S İ Y A H I S I
Publik hüquqi
şəxslər.
İctimai birliklər və fondlar.
Dini qurumlar.
Kredit təşkilatları.
Sığorta şirkətləri.
İnvestisiya fondları.
Qeyri-dövlət (özəl) sosial fondlar.
Qiymətli kağızları fond birjasında
dövriyyədə olan
hüquqi şəxslər.
Kütləvi informasiya vasitələri ilə məhsullarının
istehsalını və
(və ya) yayılmasını həyata
keçirən hüquqi
şəxslər.
Telekommunikasiya xidməti göstərən
müəssisələr.
Poçt müəssisələri.
Müntəzəm sərnişin və yük daşımalarını
həyata keçirən
nəqliyyat müəssisələri.
13. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının
(kredit təşkilatlarından,
sığorta şirkətlərindən,
investisiya fondlarından,
qeyri-dövlət (özəl)
sosial fondlarından, qiymətli kağızları
fond birjasında dövriyyədə
olan hüquqi şəxslərdən başqa)
ictimai əhəmiyyətli
qurumlara aid edilməsi
üçün meyar
göstəriciləri”nə cavab verən hüquqi şəxslər.
Qeyd. Bu Siyahıda dəyişikliklər
Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “İcra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və
qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin
2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan.- 2016.- 7 sentyabr.- S. 3.