Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 343 Bakı şəhəri,
2 sentyabr 2016-cı il
“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan
Respublikasının ərazisində
alınmış, istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması üçün
elektron vergi hesab fakturasının vahid forması”nın təsdiq edilməsi haqqında
“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan
Respublikasının ərazisində
alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması Qaydası”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanının
2.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan
Respublikasının ərazisində
alınmış, istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması üçün
elektron vergi hesab fakturasının vahid forması” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.- 2016.- 7 sentyabr.- S. 3.