qızıl"ın qara günləri başa çatır

               

Prezident İlham Əliyevin aqrar sektorda prioritetlərdən biri elan etdiyi pambıqçılığın inkişafında yeni mərhələ başlayır

 

2016-cı ilin əvvəllərindən başlanan yeni islahatlar kursu iqtisadiyyatımızda ümumdaxili məhsulun artımına, sərmayə yatırımının və ixracyönümlü məhsul istehsalının təşviqinə yol açan ən müxtəlif məsələləri əhatə etdi. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda isə Prezident İlham Əliyev islahatların həm də aqrar sferada davam etdiriləcəyini bildirdi.

 

Tənəzzüldən yüksəlişə

 

“Keçən il “Kənd təsərrüfatı iliolmuşdur. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ilidir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır. İslahatlar daha da dərinləşməlidir” - deyən dövlət başçısı ölkəmizdə pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar verib, konkret vəzifələr müəyyənləşdirib. Bu da təsadüfi deyil. Çünki Azərbaycanda hələ sovet dönəmində kənd təsərrüfatının ənənəvi sahələrindən biri pambıqçılıq olub. İndiqara qızıl” adlandırdığımız neftimiz necə məşhurdursa, bir vaxtlar qızıl”ımız - pambığımız da o qədər şöhrət tapmışdı və böyük həcmdə məhsul götürülürdü. Məsələn, ötən əsrin 70-ci illərində Azərbaycanda pambıq istehsalı ildə bir milyon tonu ötmüş, 1981-ci ildə isə 1 milyon 315 min tona çatmışdı. Lakin 90-cı illərdən başlayaraq pambıq istehsalında kəskin azalma baş verdi. Bunun səbəblərindən biri 1990-cı ildən etibarən pambığın dünya bazarındakı qiymətinin aşağı düşməsi idi. Qiymətin düşməsinin səbəbi isə pambıq ixracatçısı olan ölkələrin bu sahədə yürütdükləri inhisarçı siyasətdir. Bunun da nəticəsində dünya bazarında pambıq mahlıcının qiyməti bir sıra ölkələr üçün olduqca əlverişsiz səviyyədə formalaşır. Bir çoxları isə ölkəmizdə pambıq istehsalındakı azalmanı postsovet dövründə baş vermiş mülkiyyət dəyişikliyi ilə əsaslandırır. Çünki, bütün torpaqları nəzarətdə saxlayan iri kolxozsovxozlar ləğv edildiyindən xırda torpaq payçıları üçün pambıq əkmək o qədər də sərfəli olmadı. Həm də torpaqlar kəndlilərə verildikdən, kolxozsovxozlar dağıldıqdan sonra pambıq əkinində də sərbəstlik yarandı. Beləliklə, bir vaxtlar respublikamıza külli miqdarda vəsait gətirən, əhalinin dolanışıq, gəlir mənbəyinə çevrilən “ qızıl” istehsalı tədricən minimum səviyyəyə endi.

Son onillikdə Azərbaycanda kənd təsərrüfatının müxtəlif istiqamətlərində, xüsusən meyvəçilikdə, tərəvəzçilikdə, bitkiçilikdə, heyvandarlıqda məhsul artımı əhəmiyyətli dərəcədə artıb. Lakin kənd təsərrüfatında çalışanlara dövlət tərəfindən subsidiyaların verilməsinə, müəyyən stimullaşdırıcı tədbirlərə rəğmən ölkəmizdə bu qiymətli texniki bitkinin becərilməsinə maraq artmırdı. Ona görə son illərin statistikası bir çox təsərrüfat sahələrindən fərqli olaraq pambıqçılıqla bağlı vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Məsələn, keçən il cəmi 35 min ton pambıq yığılıb.

Lakin Azərbaycanın mövcud imkanları ölkədə pambığın əvvəlki şöhrətini qaytarmağın mümkün olduğunu göstərir. Birincisi, təbiətimiz bu günimkan verir ki, pambıqçılıq sahəsini dirçəldək. Çünki pambıq üçün gərək yaxşı aran torpaqları və günəş enerjisi olsun ki, bunlar da ölkədə var. Ən əsası isə son illərdə Azərbaycanda yeni su mənbələri yaradılıb.

Azərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihələri olan su elektrik stansiyaları ilə birlikdə Taxtakörpü və Şəmkirçay su anbarlarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələr qısa müddət ərzində başa çatdırılmışdır.

Həmçinin son illərdə kənd təsərrüfatında məhsuldarlığın artırılmasına təsir edən mühüm amillərdən biri meliorativ tədbirlərin həyata keçirilməsi, suvarmanın genişləndirilməsidir. Ölkə iqtisadiyyatının inkişafında öz yeri olan meliorasiyasu təsərrüfatına son illərdə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, bu sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmişdir. Bunun da nəticəsində suvarılan torpaqların su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Bunlarla yanaşı, kənd təsərrüfatı istehsalçılarına hər il yanacaq və gübrə üçün subsidiyalar ayrılır.

 

Dövlətin dəstəyi özünü göstərir

 

Ümumiyyətlə, pambıqçılıq spesifik sahə oldğundan dövlətin dəstəyi hər bir mərhələdə özünü göstərməlidir. Ona görə də bu sahəyə dövlət tərəfindən tam dəstək göstərilməsə, müsbət nəticə əldə etmək çətin olar. Bu dəstək həm də məhsula dövlət tərəfindən sifariş verilməsində və alınmasında da özünü göstərməlidir. Düzdür, istehsalçılar arasında sərbəst və azad rəqabət getməlidir. Amma fermer bilməlidir ki, əkdiyi məhsulu sabah neçəyə satacaq. Ona görə sahibkarlara subsidiyaların ayrılması və digər güzəştlərlə yanaşı, dövlət tərəfindən sifarişlər də verilməlidir. Yəni dövlət qabaqcadan şərait yaratmalıdır ki, torpaq sahibi məhsulu əksin. Müqavilə bağlayanda əvvəlcədən bilsin ki, məhsul hansı qiymətə alınacaq. Həm də dünyanın heç bir yerində istehsalçı öz məhsulunu bazarlara birbaşa çıxarmır. Ona əvvəlcədən sifarişlər verilir, sonra da yerindəcə alıb aparırlar. Sovet dövründə bu proses planlı şəkildə tənzimlənirdi. İstehsalçılar dövlətlə müqavilə bağlayırdılar. Qiymətləri də bazara görə tənzimləyirdilər. İndi kolxoz, sovxoz yoxdur, amma sahibkar var. Sahibkarlara hər cür şərait yaradılmalıdır ki, onlar istehsalı genişləndirsinlər.

Hazırda Azərbaycan dövləti pambıq əkini ilə məşğul olan sahibkarlara bu dəstəyi verməkdədir. Belə ki, bu ilin fevral ayında verilmiş tapşırıqlara uyğun olaraq fevralın əvvəllərində iqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfati naziri Heydər Əsədov pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşərək pambıqçılıq sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, toxum və dərman preparatlarının alınmasına subsidiyaların verilməsi, suvarma sisteminin təkmilləşdirilməsi, aqrolizinq xidmətlərinin genişləndirilməsi barədə təklifləri müzakirə etdilər.

Elə həmin görüşdən sonra qəbul olunmuş bir sıra mühüm qərarlar elan edildi. Təbii ki, bunlardan ən mühümü pambığın satınalınma qiymətinin artırılması idi. Beləliklə, satınalma qiyməti 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılaraq birinci növ pambığın bir tonunun 500 manata (2015-ci ildə 410 manat), ikinci növünün bir tonunun 470 manata (2015-ci ildə 390 manat), üçüncü növünün bir tonunun 440 manata (2015-ci ildə 370 manat), dördüncü növünün bir tonunun isə 400 manata (2015-ci ildə 350 manat) qəbul ediləcəyi qərara alındı.

 

Bir milyon hara, 35 min hara?!

 

Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bir daha pambıqçılığın inkişafı üzərində dayandı. Dövlət başçısınınKeçən il Azərbaycanda cəmi 35 min ton pambıq yığılıbdır. Bir milyon hara, 35 min hara?! Özəl qurumlar bunu təkbaşına edə bilməyəcəklər. Pambıqçılığı inkişaf etdirmək üçün dövlət birinci rol oynayır, ikinci yerli icra orqanları ondan sonra özəl qurumlar. Ona görə, göstəriş verilmişdir ki, vəziyyət təhlil edilsin təhlil edilib. Mənə artıq təkliflər verilibdir. Biz pambıqçılığı bərpa etməliyik. Keçən il 18 min hektar əkilibdir. Bu il mən qarşıya vəzifə qoymuşam ki, 50 min hektar əkilsin əkin yəqin ki, yaxın zamanlarda başlanacaqdır. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə, bu il 50 min hektar əkilərsə məhsuldarlığı lap aşağı səviyyədə, 20 sentnerdən götürsək, bu, 100 min ton pambıq edəcək - keçən ildəkindən üç dəfə çox. Ancaq indi yeni texnologiyalar, o cümlədən suvarma texnologiyaları mövcuddur biz məhsuldarlığı artırmaqla daha da böyük nəticəyə çata bilərikdeməsi ölkə rəhbərliyinin pambıqçılığın inkişafı ilə bağlı mövqeyini bir daha nümayiş etdirdi.

Məhz dövlət başçısının bu sahəyə xüsusi diqqəti bunun da məntiqi nəticəsi olaraq həyata keçirilən stimullaşdırma tədbirləri pambıq istehsalının təşviqinə yol açdığından 2016-cı ildə ötən illə müqayisədə təxminən 3 dəfə çox, yəni 52 min hektar sahədə pambıq əkilib. Ona görə bu il ötən ildəkindən bir neçə dəfə çox xam pambıq tədarükü gözlənilir.

Bu günlərdə Prezident İlham Əliyenin Salyan rayonuna səfəri çərçivəsində Kürsəngi kəndindəki pambıq sahələrinə baxması dövlət başçısının bu sahənin inkişafına yüksək diqqətinin təzahürü oldu. Xatırladaq ki, Salyan hazırda pambıq əkininin aparıldığı 24 rayondan biridir. Bu il pambıqçılığa dövlət səviyyəsində artırılan diqqət Salyanın timsalında özünü aydın büruzə verir. Çünki 2015-ci ildə Salyanda 400 hektar pambıq sahəsi var idisə, bu il artıq 5,5 dəfə artıq - 2200 hektarda pambıq əkilib. Gələn il bu rəqəmin 7 min hektar olması nəzərdə tutulur. Pambıqçılarla görüşündə Prezident İlham Əliyev görülən işlərin dövlətimizə , ümumi işimizə töhfə verəcəyini bildirib: “İndi dövlət xətti ilə yeni texnikanın da alınması təmin edilir. Biz bu məqsədlər üçün yüz milyonlarla dollar vəsait xərcləyirik ki, bu daha geniş vüsət alsın, ölkəmizin inkişafı təmin edilsin yeni yerləri yaradılsın. Çünki pambıq tarlalarında çoxsaylı yerləri yaradılır. Hər hektarda orta hesabla iki nəfər işləyir. Gələn il 7 min hektarda ən azı 14 min insan işləyəcək, pul qazanacaq öz maddi vəziyyətini yaxşılaşdıracaq, dövlətimizə , ümumi işimizə töhfə verəcək”.

 

İtkiyə getməyən məhsul

 

Pambıq dünyada strateji əhəmiyyətli məhsuldur, ondan heç bir tullantı əmələ gəlmir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50 faizi pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30-35 faiz lif alınır. Lifdən müxtəlif parçaların toxunmasında işlədilən iplik hazırlanır. Pambıqdan olan paltarlar insan sağlamlığı üçün önəmlidir. Günəş enerjisini özünə çəkir, bədənin havalanmasını təmin edir.

Pambıq təkcə yüngül sənayedə tətbiq edilmir. Belə ki, lifdən həmçinin avtomobil təkəri, torlar kəmərlər üçün kordlar sair istehsalında istifadə edilir. O cümlədən səhiyyədə pambıqdan geniş istifadə olunur. Bu gün Azərbaycan müharibə şəraitində yaşayan ölkədir, eyni zamanda respublikamızda müdafiə sənayesi inkişaf edir. Buna görə barıta daha çox ehtiyacımız var. Barıtın əsas xammalı pambıqdır.

Bu məhsulun çiyidindən isə yağ çəkirlər. Bu yağ qidalanmada istifadə olunur, həmçinin ondan marqarin, qliserin, sabun, stearin, sürtkü yağları hazırlanır, tullantısı sellüloz, spirt, lak, linoleum, karton, kino plyonkası, izolyasiya materialları istehsalında istifadə olunur. Yağı çəkilən çiyidi isə heyvanların yeminə qatırlar. Bu da qaramalın südündə yağlılıq dərəcəsini artırır. Bundan başqa, pambığın kollarından mebel sənayesində istifadə olunur.

Bütün bunlar bir daha təsdiq edir ki, pambıqçılıq dərəcədə gərəkli strateji əhəmiyyətli, eləcə əməktutumlu iqtisadi cəhətdən səmərəli istehsal sahəsidir. Pambığa dünya bazarında həmişə tələbat olub bu gün böyük ehtiyac var. Ona görə pambıq məhsulunu xarici bazarlara satmaq üçün heç bir problem yoxdur. Azərbaycan dövləti isə artıq bu məhsulun istehsalının artırılmasına dəstək verilməsini, hər mərhələdə torpaq sahiblərinə kömək göstərilməsini öz üzərinə götürüb. Artıq dövlətin pambıqçılığı tənəzzüldən çıxarmaq üçün konkret fəaliyyət planı, qarşıda isə dəqiq hədəfi var. Hazırda 24 rayonda bu fəaliyyət planına uyğun olaraq pambıq əkilib. Real mənzərə göstərir ki, sahələrdən bu il azı 100 min ton, gələn il isə 300 min ton pambıq yığılacaq.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 8 sentyabr.- S. 1, 5.