Makedoniya Respublikasının Prezidenti
Zati-aliləri cənab
Gyorge İvanova
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü
münasibətilə Sizi
və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Əminəm ki, Azərbaycan və Makedoniya arasındakı dostluq və əməkdaşlıq
münasibətləri, daim
genişlənən əlaqələrimiz
bundan sonra da xalqlarımızın mənafelərinə xidmət
edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Makedoniya
xalqına əmin-amanlıq
və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 sentyabr 2016-cı il.
Azərbaycan.- 2016.- 8 sentyabr.- S. 2.