Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarının struktur elementlərinin ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 423; 2003, ¹ 10, maddə 585; 2004, ¹ 8, maddə 617, ¹ 9, maddə 678; 2005, ¹ 10, maddə 910; 2008, ¹ 9, maddə 798,  ¹ 11, maddə 970; 2009, ¹ 3, maddə 162, ¹ 7, maddə 523; 2010, ¹ 2, maddə 80) 2-ci, 3-cü, 16-cı və 17-ci hissələri ləğv edilsin.

2. “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 3, maddə 162, ¹ 7, maddə 533, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 80, ¹ 10, maddə 851; 2011, ¹ 2,  maddə 85, ¹ 10, maddə 897) 1-ci və 2-ci hissələri ləğv edilsin.

3. “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16  iyul tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 7, maddə 525; 2010, ¹ 8, maddə 725) 1-ci hissəsi ləğv edilsin.

4. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1019 IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 282 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 497) 2.3-cü bəndi ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 8 sentyabr.- S. 2.