“Azərbaycan
Respublikasında kiçik
sahibkarlığın inkişafının sürətləndirilməsi
sahəsində təxirəsalınmaz tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin
1993-cü il 20 iyun tarixli 647 nömrəli Fərmanının ləğv
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasında kiçik sahibkarlığın inkişafının sürətləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 20 iyun tarixli 647 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, ¹ 12, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 80) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 7 sentyabr
2016-cı il
Azərbaycan.- 2016.- 8 sentyabr.- S.2.